Litvalı fotoqraf xanım Agne Gintalaite Litvada 200-dən çox qarajın fotolarını çəkib, "Gözəllik qalır" adlı foto-sessiyaya çevirib.
Litvada Vilnüs yaxınlığında ayrıca qarajlar şəhərciyi var. Sovet vaxtı fotoqrafın bir sinif yoldaşının atası Lada maşınını öz qarajında park edəndən sonra evə getmək üçün ictimai nəqliyyata minməli olurmuş.
Bu cür “son Sovet həyat tərzi” tipli qarajlar artıq Vilnüsdə istifadə olunmur. Fotoqraf deyir ki, Sosializmin son dövrü fenomeni onun həmişə marağını çəkib.
O, Vilnüs kənarında bu yaxınlarda açılmış IKEA mebel dükanına gedəndə bu qarajlara bir daha rast gəlib. “Orada Prusu küçəsində mənə baxan 500 qarajın darvazasıyla üzbəüz qaldım.”
Bu qarajlar o zaman müxtəlif rənglərlə rənglənir və açıq havada olurdu. Zaman keçdikcə qarajlar Mark Rothko rəsmləri kimi yağış altında qoyulmuş effekti verirdi, abstrakt incəsənətin gözəl nümunəsinə çevrilirdi.
“Bu fotoları izah etməyə ehtiyac yoxdur. Bunlar sadəcə cazibədar rəng oyularıdır...”
Oxu zalı