Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:08

Azərbaycan-İtaliya oyununun ən bahalı bileti


Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionu

-

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda keçiriləcək Azərbaycan - İtaliya oyununun ən bahalı biletinin qiyməti 200 manatdır. Bu, «Skybox kateqoriya 1» adlanan yerə olan biletin qiymətidir. «Skybox kateqoriya 2»nin qiyməti 100 manat, VIP yerin qiyməti 50 manat, 1-ci kateqoriya yerin qiyməti 4 manat, 2-ci kateqoriya yerin qiyməti 2 manat, 3-cü kateqoriya yerin qiyməti isə 1 manatdır.

AFFA-nın saytının məlumatına görə, hələ bilet satışı davam edir. Biletlər «Bakcell Arena»nın kassalarında, «28 Mall» Ticarət Mərkəzində və Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən «Bakcell» Müştəri Xidmətləri mərkəzində satılır.

Azərbaycan-İtaliya oyunu oktyabrın 10-da saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu, Olimpiya Stadionunda keçiriləcək ilk rəsmi futbol oyunu olacaq.

XS
SM
MD
LG