Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 06:52

-

Pakistan polisi keçmiş hava qüvvələri pilotunu saxlayıb. Onun Al-Qaeda-nın yeni formalaşmış Cənubi Asiya filialını və bir sıra terror hücumlarını maliyyələşdirdiyi bildirilir.

Syed Sheaba Ahmad Karaçi liman şəhərində saxlanıb. Terrorçuluqla mübarizə üzrə rəsmi Naveed Khawaja deyib ki, Ahmad biznesmendir, Karaçidə və İranda iki kimyəvi maddələr şirkəti var, yaraqlı qrupları “böyük miqyasda” maliyyələşdirib. Onun daha öncə Əfqanıstan Talibanına böyük yardımlar verdiyi bildirilir.

Ahmad həmçinin mayda Pakistanda ismaili şiə azlığından 50 nəfəri öldürmüş yaraqlıları maliyyə ilə dəstəkləyib.

“Ahmad bu terror hadisəsinə təkcə maliyyə ayırmayıb, Safoora Goth faciəsində əsas şübhəliləri motivasiya edib, beyinlərini yuyub”.

Polis bu şəxsin İslam Dövləti silahlı qruplaşması ilə mümkün əlaqələrini araşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG