Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:08

Azərbaycanlı deputat 27-ci dəfə Həccə gedib


Qalib Salahzadə.
Qalib Salahzadə.

-

Deputat Qalib Salahzadə 27-ci dəfə Həccə gedib.

Bu haqda məlumatı o, modern.az saytına verib.

Sayt yazır ki, 2010-cu il seçkilərində YAP-ın vahid namizədlər siyahısı əsasında deputat seçilən Qalib Salahzadə bu dəfə hakim partiyanın etimadını qazana bilməyib: «YAP onun deputat olduğu dairədən (27 saylı Sabunçu ikinci seçki dairəsi) başqa namizəd (Dilarə Cəbrayılovanı) irəli sürüb. Qalib Salahzadə isə üzvü olduğu partiyanın qərarına hörmətlə yanaşdığını bildirib. Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır».

AZƏRBAYCAN İQTİSADİ FƏLAKƏTİN ASTANASINDA

«Azadlıq» qəzeti yazır ki, ölkədəki iqtisadi böhran nəticəsində kütləvi ixtisarlar davam edir.

«Rəsmi məlumatlara görə, bu ilin iyun-iyul ayları ərzində Azərbaycanın maliyyə sahəsində çalışan işçilərin 10.06%-i və ya 3.4 min nəfəri ixtisara düşüb. İyulda maliyyə sahəsində çalışan muzdlu işçilərin orta aylıq sayı 30.4 min nəfər təşkil edib. Dövlət Statistika Komitəsinin məlumata görə, mayda isə bu göstərici 33.8 min nəfər olub. Maliyyə sahəsində çalışan işçilərin 8 faizi və ya 2.7 min nəfəri sığorta sahəsinin payına düşüb. Bu sahədə hesabat dövründə işçilərin 200 nəfəri ixtisar olunub. Ekspertlər hesab edir ki, maliyyə sahəsində 3400 nəfərin ixtisara düşməsi ölkədə vəziyyətin daha acınacaqlı olduğunu göstərir. Bu onun göstəricisidir bank və sığorta sektoru çökmək üzrədir. Bu isə ölkənin iqtisadi fəlakətin astanasında olduğunu göstərir».

AVROPA PARLAMENTİ «KÖRPÜLƏRI YANDIRDI»

«Azərbaycan» qəzeti yazır ki, zəif dövlətləri güc vasitəsi ilə talan edib varlanan Avropa yalanlar uyduraraq öz siyasətini həyata keçirir.

Qəzet yazır: «Azərbaycanla hökm dilində danışmaq olmaz, Azərbaycanla əməkdaşlıq etmək lazımdır. Azərbaycan əməkdaşlıq üçün tam açıq bir ölkədir. Ölkəmizlə əməkdaşlıq etmək Avropa İttifaqının da xeyrinədir. Bütün bunları düzgün qiymətləndirmək lazımdır. Siyasi əqidəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ölkəmizə qarşı aparılan bu hücumların qarşısında dayanmaq üçün birlik nümayiş etdirməlidir».

PAYTAXTIN UNUDULMUŞ SAKİNLƏRİ

«Bizim Yol» qəzeti yazır ki, yeni tikililərdə problemlər bitib-tükənmir.

«Əvvəllər səhər və axşam saatlarında gündə iki dəfə su verilirdi. Bir aydan çoxdur ki, axşamlar ümumiyyətlə binalara su verilmir. Səhər saatlarında isə verilən suyun qrafiki qeyri-sabit, həm də çox qısamüddətlidir».

Bu haqda qəzetə məlumat verən «Abşeron Gənclər Şəhərciyi»nin sakini Tural Məmmədov deyib ki, binanın qazı da yoxdur.

«Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin mətbuat xidmətindən «Bizim Yol»a deyiblər ki, problemlə bağlı sakinlər onlara müraciət etməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG