Keçid linkləri

2024, 25 May, şənbə, Bakı vaxtı 21:37

«Qarabağ» «Tottenham»lə qarşılaşır


«Qarabağ» azarkeşləri.
«Qarabağ» azarkeşləri.

-

Sentyabrın 17-də Avropa Liqasının qrup mərhələsinin ilk turunda Azərbaycanın «Qarabağ» komandası səfərdə «Tottenham» klubu ilə qarşılaşacaq.
Londonda keçirdiyi mətbuat konfransında «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov deyib ki, «Qarabağ» bu qarşılaşmada ən gözəl oyunlarından birini sərgiləyib azərbaycanlı azarkeşləri sevindirməyə çalışacaq.

Xəbəri «Qarabağ» klubu yayıb.

«Bizi çətin oyun gözləyir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Ümid edirik ki, hər şey bizim üçün yaxşı nəticələnəcək. Ardıcıl ikinci ildir ki, Avropa Liqasının qrup mərhələsində çıxış edirik. Məşqçi kimi bu mənim üçün böyük təcrübədir. Belə qrupda mübarizə aparmaq təcrübədir. Oyuna həvəslə hazırlaşmışıq. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışaq».

Qurban Qurbanov rəqibin «Qarabağ»ı «böyük komanda» adlandırması ilə bağlısa deyib ki, bu, rəqibin hörmətinin göstəricisidir: «Bu, rəqibin bizə hörmətidir. Biz də rəqiblərə heç vaxt yuxarıdan aşağı baxmamışıq».

«Tottenham»–«Qarabağ» oyunu sentyabrın 17-də Bakı vaxtilə saat 00:05-də (18-nə keçən gecə) baş tutacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG