Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:46

Rusiya birbaşa hərbi danışıqlar istəyir


Rusiya özünün Suriyadakı hərbi qüdrətini artırması barədə iddialardan doğan gərginliyin çözülməsi üçün birbaşa hərbi danışıqlara çağırıb.

Rusiya özünün Suriyadakı hərbi qüdrətini artırması barədə iddialardan doğan gərginliyin çözülməsi üçün birbaşa hərbi danışıqlara çağırıb.

ABŞ-ın dövlət katibi John Keryy bildirib ki, Moskva özünün Suriyadakı hərbi mövcudiyyətindən doğa biləcək riskləri müzakirə etməyi təklif edib.

ABŞ kəşfiyyatının son məlumatlarına görə Rusiya Suriyaya ağır silahların və dəniz piyadaları da daxil canlı kontingentin gətirilməsinə başlayıb.

Prezident Putin sentyabrın 15-dəki çıxışında israr edirdi ki, Rusiya hərbi missiyasının Suriyadakı məqsədi yalnız humanitar xarakter daşıyır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Suriyaya silahların terrorçularla mübarizə üçün göndərildiyini bəyan edib.

O həmçinin etiraf edib kİ, Latakiyaya Rusiaynın xüsusi qüvvələri göndərilib, amma onların göndərilməsindən məqsəd hökumət qoşunlarına təlim verilməsidir.

ABŞ-ın Rusiyanın danışqılar təklifini qəbuul edib-etmədiyi hələlik bəlli deyil.

Moskva və Vaşinqton arasında hərbi əlaqələr Rusiya Krımı ilhaq edəndən bəri dondurulub.

XS
SM
MD
LG