Tacikistanın daxili işlər nazirliyi müdafiə nazirinin keçmiş müavini Abduhalim Nazarzodanın ölüm xəbərini təsdiqləyib.
O sentyabrın 16-da Romit vadisində keçirilən əməliyyat zamanı öldürülüb.Onun 10 silahdaşı da öldürülüb.
Bu vadi Düşənbənin şərqində yerləşir.
Əmnəliyyat zamanı həmçinin “Alfa” qrupunun komandiri Rustan Amakiev vəxüsusi təyinatlı qüvvələrin 1 əməkdaşı həlak olub, 2 hərbçi isə yaralanıb.
Hökumət bu dəstəni sentyabrın 4-də Düşənbədə polis məntəqəsinə hücumda ittiham edir.
Həmin hücum nəticəsində 9 polis və 17 yaraqlı ölüb.
Bundan sonra ölkədə zorakılıq təhlükəsi artıb.
Rusiya prezidenti Vladimir Putin sentyabrın 15-də Kollektiv Təhlükəsialik Şurası ölkələrinin Düşənbədə keçirilən sammitində Moskvanın sabitliyin bərpasında Tacikistana kömək edəcəyini deyib.