Tacikistanda “Alfa” qrupunun komandiri Rustam Amakiev Düşənbənin Romit vadisində baş verən atışmada öldürülüb.
Romit vadisi paytaxt Düşənbənin şərqində yerləşir.
AzadlıqRadiosu tacik xidmətinin məlumatına görə, sentyabrın 15-i axşam saatlarında baş verən atışmada xüsusi təyinatlı qüvvələrin 1 əməkdaşı həlak olub, 2 hərbçi isə yaralanıb.
Tacikistan hakimiyyəti əməliyyat zamanı keçmiş müdafiə naziri müavini Abduhalim Nazarzodaya sadiq 20 yaraqlının öldürüldüyünü,100-ə yaxın adamın isə həbs olunduğunu xəbər verir.
Hökumət bu dəstəni sentyabrın 4-də Düşənbədə polis məntəqəsinə hücumda ittiham edir.
Həmin hücum nəticəsində 9 polis və 17 yaraqlı ölüb.
Bundan sonra ölkədə zorakılıq təhlükəsi artıb.
Rusiya prezidenti Vladimir Putin sentyabrın 15-də Kollektiv Təhlükəsialik Şurası ölkələrinin Düşənbədə keçirilən sammitində Moskvanın sabitliyin bərpasında Tacikistana kömək edəcəyini deyib.