Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:02

Sərdar Cəlaloğlu seçkilərə getmir


Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu

-

Azərbaycan Demokrat Partiyası (ADP) 1 noyabr parlament seçkilərində iştirakdan imtina edib.

Bu barədə ADP Ali Məclisi rəyasət heyətinin sentyabrın 16-da keçirilən iclasında qərar qəbul olunub.

Partiya sədri Sərdar Cəlaloğlu AzadlıqRadiosuna müsahibəsində bunu Azərbaycan hakimiyyətinin mövqeyi, Qərb ilə Bakı arasında münasibətlərin pisləşməsi ilə izah edib:

«Biz Qərbyönümlü siyasi partiyayıq. Məqsədimiz Qərbə inteqrasiyaya nail olmaqdır. Ona görə də hazırkı Qərblə gərginləşən münasibətlər və ölkədə seçkiöncəsi real siyasi vəziyyəti nəzərə alaraq bu seçkidə iştirak etməmək qərarına gəldik».

1991-ci ildə təsis olunan ADP əvvəllər də Azərbaycan parlamentində təmsil olunmayıb.

XS
SM
MD
LG