Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:18

Məmmədyarovla Nalbandian görüşəcək


Edward Nalbandian və Elmar Məmmədyarov
Edward Nalbandian və Elmar Məmmədyarov

-

«Sentyabrın 24-25-də Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq».

apa xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Onun dediyinə görə, əvvəl həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrıca görüşəcək:

«Sonra birlikdə görüş baş tutacaq. Son vaxtlar atəşkəs rejiminin pozulması intensivləşib. Ümid edirəm ki, bu görüşdə bununla bağı bir nəticə olar. Rusiya bu sahədə öz diplomatiyasını gücləndirib. Sergei Lavrov Azərbaycana gəldi, mən Moskvada oldum. Amma nəticə üçün işləməliyik. Bəzi məsələləri razılaşdırmalıyıq. Rusiya ATƏT-in Minsk Qrupuna dəstəyini davam etdirir. Çalışacağıq ki, bir nəticə alaq, amma əvvəldən demək çətindir».

XS
SM
MD
LG