-
Paytaxt Bakıda sentyabrın 17-də də yağış yağacaq, rayonlarda yağışın leysan xarakteri alacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Abşeron yarımadasında gecə 19-22, gündüz 23-26, Bakıda gecə 20-22, gündüz 24-26 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 17-də şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Gecə 17-22, gündüz 24-28, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.