Keçid linkləri

2017, 27 Fevral, Bazar ertəsi, Bakı vaxtı 15:42

-

Hazırda Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən report.az məlumat yayıb.

Bildirilir ki, nəqliyyatın hərəkətində sıxlıq Bakı şəhərinin əsas yol və prospektlərində də müşahidə olunur.

Yusif Səfərov küçəsində (Mərkəzi Neftçilər Xəstəxanası qarşısında), Ə.Əliyev küçəsi, K.Rəhimov küçəsi, Moskva prospekti, Z.Bünyadov prospekti, İnşaatçılar prospekti, Tbilisi prospekti (şəhər mərkəzi istiqamətində) və Azadlıq prospektində (hər iki istiqamətdə) nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Sentyabrın 15-dən dərs ilinin başlanması Bakıda tıxacların artmasına səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG