Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 01:00

Azərbaycanlını öldürən erməni saxlanıb


Foto arxiv

Rusiyanın Volqoqrad şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub.

APA-nın məlumatına görə, hadisə sentyabrın 13-də gecə şəhərinKiyevski rayonunda yerləşən "Bariton" barında baş verib.

Dava zamanı milləyyətcə erməni olan bar sahibinin oğlu ov silahından atəş açaraq əslən Azərbaycanın Balakən rayonundan olan 24 yaşlı Eduard Nəbioğlunu yaralayıb.

Dostları boyun nahiyəsindən ağır yaralanan Eduardı xəstəxanaya çatdırsalar da, həkimlər onu xilas edə bilməyiblər.

Hüquq-mühafizə orqanları qətli törətməkdə şübhəli bilinən 34 yaşlı ermənini saxlayıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.

XS
SM
MD
LG