Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:52

Prezidentin Zəngəzur mesajı, nazirin cəbhə toplantısı və...


İlham Əliyev.
İlham Əliyev.

-

«Yeni Müsavat» qəzeti yazır ki, son günlər cəbhədə gərgin vəziyyətin hökm sürməsini, həmçinin hərbi təlimlərə ehtiyatda olan 6 min gəncin də cəlb olunmasını, ordunun yeni silah-sursatla təmin olunmasını nəzərə alsaq, cəbhədə keçirilən müşavirənin döyüşqabağı vəziyyətin müzakirəsikimi qiymətləndirilməsi ilə razılaşmamaq mümkün deyil. Üstəlik, prezidentlərin görüşünün baş tutmaması müharibə ehtimalını daha da artırır.

Politoloq Arzu Nağıyevin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas zəmanəti Azərbaycan və Ermənistan prezidentləri verməlidirlər. Ekspert «Yeni Müsavat»a dedi ki, bundan başqa, ABŞ yenə də bu məsələdə təşəbbüsü əldən vermək istəmir: «ABŞ başa düşür ki, Rusiya öz maraqları müqabilində sülhdən çox, status-kvonu saxlamaq niyyətindədir».

Hərbi ekspert Üzeyir Cəfərov qeyd etdi ki, «DQR»də keçirilən «seçkilər»ə ATƏT-in Minsk qrupundan olan ölkələrin münasibəti isə sadəcə rəzalət və təhqiramizdir: «Onlara Azərbaycan XİN vasitəsilə çox sərt münasibət açıqlanmalıdır. Regionda vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara biləcək daha bir saxta seçkini qınamaq və onlara konkret münasibət bildirmək əvəzinə, 21-ci əsrin «filosoflar»ının mücərrəd və məntiqi olmayan sözlərini və ifadələrini eşidirik. Bunun adı, sadəcə, özlərinə hörmət qoymamaq və Azərbaycanın tarıma çəkilən əsəbləri ilə daha da çox oynamaqdır. Bu, uzun davam edə bilməz. Hesab edirəm ki, ölkəmiz keçirtdiyi sonuncu ən böyük hərbi təlimlər vasitəsilə bütün ATƏT və digər beynəlxalq qurumlara lazım olan mesajını çatdıra bildi. Qoy ciddi-ciddi düşünüb, götür-qoy etsinlər».

Əli Kərimli.
Əli Kərimli.

«ƏLİYEV REJİMİNDƏN BAŞQA HƏDƏFİM YOXDUR»

«Əliyev rejimindən başqa hədəfim yoxdur» – AXCP sədri Əli Kərimli belə deyir.

Müxalifət lideri «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının suallarını cavablandırıb. Müsahibəni «Azadlıq» qəzeti dərc edib.

«Partiya sədri vaxtilə öz müavininin nə işlə məşğul olduğunu bilməyibsə, sabah daha böyük vəzifədə olanda, seçdiyi kadrların müxtəlif ölkələrin agenti olub-olmamasından necə sığortalanacaq» sualına cavabda Əli Kərimli deyib: «İnsanlar anadangəlmə və ya siyasətə gəldiyi gündən satqın olmurlar ki… Onlar hansısa dönəmdə hansısa təklifdən imtina edə bilmirlər. Elələri də var ki, müəyyən təzyiqlərə dözür, dözür, bir mərhələdə artıq dözə bilmir. Özünüz də yaxşı bilirsiniz, çoxlu sayda siyasi məhbus var ki, onlar böyük əziyyət çəkirlər, biz onlara mübarizə simvolları kimi baxırıq, onları müdafiə edirik, amma günlərin birində sınırlar və onlara zülm edənlərin tərəfinə keçib, onlara xidmət edirlər».

AXCP sədri onu da deyib ki, «azı 10 ildir AXCP sədri hökumətin əsas hədəfidir. Deməli, hədəfdə olduğumuza görə hökumət bütün resursları ilə bizi sarsıtmağa çalışır. Mənim yanımda olan adamların qiyməti bütün mənalarda yüksək olur. Hökumət üçün həmin adamlar cəlbedici olur. Heç öz YAP-çılarına yaratmadıqları şəraiti onlara təklif edirlər ki, təki Əli Kərimliyə zərbə vursunlar».

Səttar Mehbalıyev.
Səttar Mehbalıyev.

ƏDALƏTSİZLİKDƏN DOĞAN QƏRƏZLİ SƏNƏD

«Avropa Parlamentinin Azərbaycan hökumətinə qarşı növbəti qarayaxması gözlənilən idi. Artıq Azərbaycan vətəndaşları olaraq biz belə haqsız hücumlara öyrəşmişik. Son illərin təcrübəsi göstərir ki, Qafqazda yeganə müstəqil müsəlman respublikası olan Azərbaycanın sürətli inkişafı Qərbin müəyyən dairələrinin ürəyincə deyil. Xüsusilə respublikamızın iqtisadi, hərbi, siyasi cəhətdən regionun lider dövlətinə çevrilməsi Avropanın sinirlərinə toxunur. Onları, necə deyərlər, hövsələdən çıxarır».

Milli Məclisin deputatı Səttar Mehbalıyev «Azərbaycan» qəzetində dərc etdirdiyi məqaləsində belə yazır.

Millət vəkili yazır: «Belə çıxır ki, Ermənistan rəhbərləri azərbaycanlıların başını kəsə, qarnını yara, dərisini soya bilər. Amma Azərbaycan məhkəməsi cinayətkar vətəndaş haqqında cəza qərarı verə bilməz. Çox qəribə və iyrənc paradoks, münasibətdir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG