Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 12:10

Misirdə 12 turist öldürülüb


Misirdə dağıdılmış turist avtobusu, arxiv fotosu

-

Misir rəsmiləri bildirir ki, təhlükəsizlik qüvvələri antiterror əməliyyatı zamanı səhvən 12 turisti öldürüblər. Onların içində meksikalı turistlər də var.

Daxili İşlər Nazirliyinin sentyabrın 14-də bildirdiyinə görə, əsgərlər Qərbi Səhrada “terrorçu elementləri” axtarırlarmış, turistlərin istifadə etdiyi karvana atəş açıblar.

Meksika Xarici İşlər Nazirliyinin məlumatına görə, insident zamanı azı iki meksikalı turist həlak olub. 10 meksikalı və misirli isə xəsarət alıb.

İnsidentin araşdırıldığı bildirilir.

Bu əməliyyatdan öncə İslam Dövləti ekstremist qrupuna bağlı olduğunu deyən yaraqlılar Misir ordusunun Liviya sərhədində, Qərbi Səhrada hücumunu dəf etdiyini bildirib.

XS
SM
MD
LG