Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:07

Ermənistan təklif edir: “Ticarət rublla aparılsın”


-

Ermənistan təklif edir ki, Avrasiya İqtisadi Birliyi ilə aparılan təbii qaz və digər “strateji” məhsulların alış-verişi Rusiya rublu ilə aparılsın, dollarla yox.

Belarusun BELTA xəbər agentliyi yazır ki, Ermənistanın baş naziri Hovik Abrahamian Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin baş nazirlərinin Belarusda keçirilən görüşündə belə bir fikir səsləndirib. Bildirilir ki, Abrahamian Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstanla ticarət əlaqəsində “dollarlaşma” məhdudlaşdırılsın. O təklif edib ki, strateji məhsullar rublla qiymətləndirilsin.

Abrahamianın sözçüsü Gohar Poghosian bu məlumatı təsdiqləyib.

AzadlıqRadiosuna müsahibəsində deyib ki, baş nazir əsasən enerji resurlarıını nəzərdə tutub:
"Ancaq rubla ticarət digər mallara da şamil edilə bilər”.

Ancaq məlum deyil ki, Ermənistanın təklifini digər AİB ölkəsi təsdiqləyib, ya yox. Yalnız Rusiya və Qazaxıstan qaz və neftlə zəngindir. Rusiya həm də dünyanın aparıcı buğda ixracaatçıdır.

SARKİSYAN PUTİNDƏN İMDAD DİLƏYİR?

Prezident Serzh Sarkisian da bu günlərdə Rusiya prezidenti Vladimir Putinlə görüşəndə eyni təklifi səsləndirib. O deyib ki, enerji resurslarının qiyməti Ermənistan üçün aparıcı məsələ olaraq qalır:

"Bu böhranlı vəziyyətdə valyuta kursunun dəyişməsi Ermənistanda enerji tariflərinə ağır təsir edir və mən ümid edirəm ki, biz problemin çox yaxşı, yeni həll yolunu tapacagıq”.

Ötən il erməni dramının 17 faiz ucuzlaşması enerji tariflərinin qiymətinin son iki ildə 3-cü dəfə qalxmasına səbəb olub.

"ETİRZAÇILARI QƏRB İDARƏ EDİR"

Amma ölkə əhalisinin çoxu gətirilən səbəblərlə razılaşmır. Minlərlə aksiyaçı iyun ayından Yerevan küçələrində etiraz edirlər. Onlar Sarkisyan hökumətini məcbur etməyə calışırlar ki, enerji tarfilərində vətəndaşlar və xırda biznes üçün güzəştlər olsun.
Rusiya rəsmilər isə etirazçıları Qərbin diktəsi ilə oturub-durmaqda suçlandırır. Rusiya Təhqiqat Komitəsinin rəhbəri Aleksandr Bastrykin Yerevandakı aksiyalarla Ukraynadakı “Avromaydan” hərəkatı arasında paralellik aparıb və Ermənistandakı aksiyalarda Qərbin marağı olduğunu qeyd edib.
“Talan yox” gənclər hərakatının liderlərindən biri Rima Sargsian isə deyir ki, bu, sadəcə yalandır:
“Mən Ermənistanın azad vətəndaşıyam, hüquqşünasam. Kimsə hərəkətlərim üçün mənə bələdçilik etmir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG