Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Bir sutkada atəşkəs 95 dəfə pozulub


-

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 95 dəfə pozub.

Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistanın Noyemberyan rayonunun Barekamavan, Dovex kəndlərində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Qaymaqlı, Kəmərli kəndlərində yerləşən mövqeləri atəşə tutulub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Qızıloba, Göyarx, Ağdam rayonunun Novruzlu, Sarıcalı, Kəngərli, Yusifcanlı, Şıxlar, Mərzili, Cəvahirli, Şuraabad, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan hərbçiləri də qarşı tərəfə 145 cavab atəşi açıb.

XS
SM
MD
LG