-
Səudiyyə Ərəbistanın hakimiyyət orqanları Məkkədə Əl-Haram məscidinin üzərinə inşaat kranının aşması ilə bağlı araşdırmalara başlayıb. Hadisə nəticəsində 100-dən çox zəvvar ölüb, 200-dən çox yaralı var. Bildirilir ki, adamların bəzisi məscidin bir hissəsində damın uçması nəticəsində ölüb, qalanları isə çaxnaşma qurbanı olub.
Ölkənin mülkü müdafiə rəhbərliyi sentyabrın 12-də bəyan edib ki, kranın aşmasına güclü külək və aramsız yağışlar səbəb olub.