Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 23:27

Avropa İttifaqının Bakı ofisi qarşısında aksiya


​Rusiya bayrağı ilə Avropaya etiraz
Gözlə

No media source currently available

0:00 0:05:20 0:00

​Rusiya bayrağı ilə Avropaya etiraz

-

Sentyabrın 12-də Beynəlxalq Diaspora Mərkəzi Avropa İttifaqının Bakıdakı ofisi qarşısında etiraz aksiyası keçirib.

Aksiyaçılar Avropa Parlamentində Azərbaycanla bağlı qəbul olunan qətnaməyə etiraz ediblər. Onların bəyanatlarında bildirilir ki, qətnamə «qərəzlidir, Qərbin Azərbaycana təzyiq göstərmək və ölkənin daxili işinə qarışmaq cəhdidir».

Çıxışlar zamanı ATƏT də tənqid hədəfi olub.

15-20 nəfərin qatıldığı aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmasa da, polis prosesə müdaxilə etməyib.

Aksiyada Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İsrail və Gürcüstan dövlətlərinin də bayrağı qaldırılıb.

Avropa Parlamentinin sentyabrın 10-da qəbul etdiyi qətnamədə siyasi məhbusların azadlığa buraxılması tələb olunur. Siyasi fəalların təqibçisi kimi tanınan hakimlərə, rəsmilərə viza verilməsinin qadağası və Əliyevlərin adı hallandığı korrupsiya məsələlərinin araşdırılması da gündəliyə gətirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG