Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:18

Yerevanda polis etirazçılara qarşı güc işlədib


Yerevan - 12 sentyabr 2015
Yerevan - 12 sentyabr 2015

-

Sentyabrın 12-də Yerevan polisi etirazçıların tutduğu, paytaxtın əsas yollarından olan Baqramyan prospektini açmaq üçün gücdən istifadə edib. 48 etirazçı saxlanıb. Barələrində inzibati qaydada akt tərtib edildikdən sonra onlar sərbəst buraxılıb.

Azadlıq Meydanında keçirilən qısa mitinqdən sonra etirazçılar prezident rezidensiyasına sarı yürüş edərkən polis müqaviməti ilə üzləşmişdilər. Onlar Baqramyan prospektində asfalta oturub yerlərindən qalxmaq istəməyiblər.

İyunun əvvəlində rəsmilərin enerji tariflərinin bahalanacağı ilə bağlı bəyanatlarından sonra paytaxt Yerevanda etiraz dalğası başlayıb.

XS
SM
MD
LG