Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Teatr mövsümü Gəncədə açılacaq


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

-

Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün açılışı sentyabr ayının 14-də Cəlil Məmmədquluzadənin «Dəli yığıncağı» pyesinin premyerası ilə Gəncədə keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında verilən məlumata görə, mərasim Gəncə şəhər İcra Hakimiyyətinin binası qarşısında başlanacaq.

«Dəli yığıncağı» pyesinin quruluşçu rejissoru İradə Gözəlovadır. Əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Ramiz Vəliyev, Faiq Qasımov ifa edirlər.

Son illər yeni teatr mövsümünün açılış mərasimləri paytaxt Bakı ilə yanaşı, digər şəhərlərdə də keçirilir. 2011-ci ildə 139-cu teatr mövsümünün rəsmi açılışı Mingəçevirdə, 2014-cü ildə 142-ci mövsümün açılışı isə Şəkidə baş tutmuşdu.

XS
SM
MD
LG