Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 16:47

Berlusconi Krımdadır


Vladimir Putin və Silvio Berlusconi

İtaliyanın keçmiş baş naziri Silvio Berlusconi sentyabrın 11-də Krıma şəxsi səfərə gedib.

Agentliklərin məlumatına görə,o Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Səfərin sentyabrın 13-dək davam edəcəyi gözlənilir.

Putin bundan əvvəl uzun illər birgə işdən sonra Berlusconi ilə onun arasında dostluq münasibətləri yarandığını bildirmişdi.

Berlusconi iyunun sonunda Putinlə görüşmək üçün Altaya şəxsi səfər edib, bundan əvvəl isə iyunun 11-də Putinin İtaliyaya səfəri zamanı görüşüblər.

Berlusconi Ukrayna ilə münasibətlərdə Rusiyanın mövqeini dəstəkləyən çox az Avropa siyasətçilərindən biridir.

İtaliyada ona qarşı fırıldaqçılıq və ələ alma da daxil olmaqla dəfələrlə ittiham irəli sürülüb.

XS
SM
MD
LG