Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:35

Səfirin ingiliscə kitabı çıxdı


«Rusiya şərqşünaslığında Azərbaycan məktəbi»
«Rusiya şərqşünaslığında Azərbaycan məktəbi»

-

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin «Rusiya şərqşünaslığında Azərbaycan məktəbi» (XIX əsrin birinci yarısı) monoqrafiyası bu günlərdə ingilis dilində nəşr olunub.

KİTAB BUDAPEŞTİN NÜFUZLU NƏŞRİYYATINDA İŞIQ ÜZÜ GÖRÜB

Səfirlikdən AzadlıqRadiosuna verilən xəbərə görə, kitab ölkənin məşhur «L`Harmattan» nəşriyyatında çıxıb.

Müəllif kitabı Tbilisi, Kazan, Moskva, Peterburq arxivlərində apardığı axtarışlar və toplanan materiallar əsasında qələmə alıb.

RUSİYA ŞƏRQŞÜNASLIĞINDA «AZƏRBAYCAN MƏKTƏBİ»

XIX əsrin ilk onilliklərindən başlayaraqRusiya imperiyasının Moskva, Kazan və Peterburq universitetlərində, Rusiya Xarici İşlər Nazirliyinin Şərq Dilləri İnstitutunda, Lazarev İnstitutunda, Rusiya Elmlər Akademiyasında çalışmış Azərbaycan əsilli pedaqoq və alimlərin elmi irsini sistemli araşdıran müəllif meydana yeni və cəsarətli ideya atıb.

Bu,Rusiya şərqşünaslığında özünəməxsus ənənələri və tədqiqat üsulları ilə seçilən ayrıca «Azərbaycan məktəbi»nin mövcudluğu konsepsiyasıdır.

BEŞİK BAŞINDA DURAN KİŞİLƏR

Kitab müəllifi daha irəli gedərək Rusiyada Şərq haqqındakı elmin beşiyi başında Mirzə Kazım bəy, Mirzə Cəfər Topçubaşov, Mirzə Abdulla Qafarov kimi azərbaycanlı alimlərin dayandığını, onların davamçı və yetirmələrinin bir elm sahəsi kimi şərqşünaslığı əhəmiyyətli dərəcədə inkişaf etdirərək zənginləşdirmələrini inandırıcı şəkildə sübut edir.

«KİTAB POLEMİKA DOĞURACAQ»

Polemik ruhu ilə seçilən əsərin Rusiya və Qərbin elmi dairələrində, elm tarixçiləri arasında maraq vəmübahisə doğuracağı istisna edilmir.

Xarici siyasət sahəsinə gələnə qədər uzun müddət akademiya sistemində çalışan Vilayət Quliyev kitabı Azərbaycan Milli Elmlər Akademiyası yaradılmasının 70 illiyinə həsr edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG