Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:50

Bakı metrosu qış qrafikinə keçir


Bakı metrosu.
Bakı metrosu.

-

Bakı metrosu sentyabrın 15-dən qış qrafikinə keçir.

«Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev modern.az saytına belə deyib.

Bildirib ki, yeni tədris ilinin başlanması, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Bakı metrosunun bütün stansiyalarında sərnişin axınının nəzərə çarpacaq dərəcədə artması proqnozlaşdırılır. Bu da saatda 30 cüt qatardan istifadə olunmasını zəruri edir:

«Qatarların sayı artırılmaqla qatarlararası interval da azaldılır. Belə ki, «Həzi Aslanov» – «28 May» stansiyaları arasında hərəkət intervalı 2 - 2.5 dəqiqə (pik və qeyri-pik saatlarda) olacaq.

«28 May» – «Dərnəgül» və «28 May» – «İçərişəhər» stansiyaları arasında isə maksimum interval müvafiq olaraq 4-5 dəqiqə olacaq».

Bakı metrosunda iyul ayından yay qrafiki tətbiq edilirdi. Xətlərdə saatda 24 cüt qatar hərəkət edirdi və qatarlararası interval artırılmışdı.

XS
SM
MD
LG