Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:06

Leninin “nəhəng başını” qazıb çıxardılar


Rusiya inqilabının banisi Leninin heykəlinin 24 il əvvəl Almaniya meşəliyində basdırılmış başı torpaq altından çıxarılıb.

Rusiya inqilabının banisi Leninin heykəlinin 24 il əvvəl Almaniya meşəliyində basdırılmış başı torpaq altından çıxarılıb.

Heykəlin başı tarixçilərin apardığı kampaniyanın nəticəsində qazılaraq çıxarılıb.

Vaxtilə Şərqi Berlində ucalan bu heykəlin hündürlüyü 19 metr idi.

Heykəl 1991-ci ildə Berlin hasarının dağıdılması zamanı sökülmüş və parçalara bölünərək basdırılmışdı.

İndi Leninin 3, 5 ton ağırlığında olan başı Spandau qəsrindəki Almaniya abidələri sərgisinə aparılacaq.

Heykəlin başqa hissələrini qazıb çıxarmaq nəzərdə tutulmamışdı.

XS
SM
MD
LG