Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:05

Türkiyənin Cizre şəhərində 30 nəfər həlak oldu


Türkiyə polisi Cizreye yürüş edən deputatların qabağını kəsib
Türkiyə polisi Cizreye yürüş edən deputatların qabağını kəsib

HDP prezident Erdoğanı ötən seçkilərdə onun əleyhinə səs vermis regionları PKK bəhanəsilə cəzalandırmaqda ittiham edir.

Türkiyədəki Cizre şəhərində baş vermis toqquşmalarda azı 30 nəfər həlak olub.

Daxili İşlər Nazirliyi ölənlərin əksəriyyətinin kürd silahlılar olduğunu bildirsə də, kürdyönlü HDP partiyası ölənlərin arasında 20 mülki şəxsin olduğunu söyləyib.

Yerli sakinlər bildirirlər ki, hökumət bu şəhərdə kommendant saatı elan edəndən bəri Cizre təhlükəsizlik xidmətlərinin mühasirəsində olub.

Cümə axşamı polis Cizreye piyada yürüş edən HDP millət vəkillərinin yolunu kəsib.

Deputatlar burada yaranmış vəziyyətə diqqət çəkmək istıəyirdilər.

HDP lideri Selahattin Demirtaş deyib ki, fövqəladə vəziyyət insanları susuz və çörəksiz qoyub.

HDP prezident Erdoğanı ötən seçkilərdə onun əleyhinə səs vermis regionları PKK bəhanəsilə cəzalandırmaqda ittiham edir.

XS
SM
MD
LG