Keçid linkləri

2017, 20 İyul, Cümə axşamı, Bakı vaxtı 20:53

Rusiya Ukrayna sərhədində böyük baza tikir


Donbas döyüş zonası

-

Məlumatlara görə, Rusiya Ukrayna ilə sərhədi yaxınlığında, Belqorod vilayətində böyük hərbi baza tikir.

Reuters sentyabrın 9-da məlumat yayıb ki, bu həftə fəhlələr Valuyki şəhəri yaxınlığında hasar ucaltmağa başlayıblar.

Agentlik Müdafiə Nazirliyinin 300 hektar ərazidə bazar qurduğunu bildirir.

Obyektə sursat depoları, 3 min 500 əsgər üçün baraklar, eləcə də istirahət mərkəzi olacaq.

Nazirlik bazadan əsgərlərə təlim keçmək üçün istifadə etməyi planlaşdırır. Plana ABŞ ordusunun taktikasını öyrənmək üçün sahə də daxildir.

Kiyev və Qərb Rusiyanı Ukraynanın şərqinə əsgər və texnika göndərməkdə ittiham edir. Moskva ittihamları yalan adlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG