Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:42

Kitabın qadağan edilməsinə etirazlar


Yeni Zelandiyada kitab mağazası
Yeni Zelandiyada kitab mağazası

- Bu gün Yeni Zelandiyanın üç böyük şəhərində etiraz aksiyası keçirilib, aksiyada qadağan olunmuş bir kitabı kütləvi səssiz ictimai qiraət ediblər.

Yeni Zelandiyalı yazıçı Ted Dawe’nun "gənc oğlanlar üçün" yazdığı “Into the River” (Çayın içinə) romanı ölkə üzrə qadağan olunub. Yazıçı özü də bu gün Qərb mətbuatında bu haqda məqalə yazıb.

Qadağana səbəb “Ailə birincidir” Xristian Qrupunun şikayəti olub. Romanda “seksin detallı təsviri, küçə dili, narkotikdən istifadə səhnələri var”.

Yeni Zelandiyanın Film və Ədəbiyyat Bordu qərar çıxarıb ki, ölkədə heç kəs bu romanı əldə edə, təmsil edə və sata bilməz.” Qaydanı pozan şəxsləri 3 min dollar, şirkətləri isə 10 min dollar cərimə gözləyir.

Romanda bir Maori oğlan yüksək biliyi ilə nüfuzlu bir məktəbə qəbul olunur, orada rasizmlə qarşılaşır, başına müxtəlif pis hadisələr gəlir. 2013-cü ildə bu roman Yeni Zelandiyanın Margaret Mahy İlin Kitabı mükafatını qazanıb.

Kitabın qadağan edilməsini Yeni Zelandiyalılar, yazıçılar və beynəlxalq kitab ictimaiyyəti hirslə qarşılayıb, yazıçı Qərbdə məşhurlaşıb.

XS
SM
MD
LG