Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:48

X siniflər təmayüllər üzrə olacaq


Təhsil Nazirliyi
Təhsil Nazirliyi

-

2015-2016-cı tədris ilindən etibarən müəyyən olunan qaydalarla komplektləşdirilmiş X siniflərdə tədrisin təmayüllər üzrə aparılmasına başlanacaq.

Bu barədə Report-a Təhsil Nazirliyindən məlumat verilib.

Pilot layihə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbi əhatə edir.

Təhsil naziri Mikayıl Cabbarovun 2015-ci il 8 iyun tarixli əmrinə əsasən, həmin 50 məktəbdə təmayül sinifləri üçün tədris planları təsdiqlənib və fənn proqramları hazırlanaraq yerlərə çatdırılıb.

Tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dur. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır.

Təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək.

XS
SM
MD
LG