Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

AXCP qurultay üçün yer istəyir


AXCP
AXCP

-

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sentyabrın 27-nə təyin etdiyi qurultaya yer ayrılması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. Deyib ki, partiya qurultayı Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirmək niyyətindədir. Onun sözlərinə görə, qurultayda 800-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

Tədbirdə əsasən partiya sədrinin və nəzarət təftiş komissiyasının seçilməsi, ali məclis üzvlərinin təsdiqlənməsi kimi məsələlər öndə olacaq:

«Bu qurultayın əvvəlkilərdən bir fərqi də onda olacaq ki, partiyanın yeni işlənib hazırlanmış proqramı müzakirə olunacaq. Bundan başqa noyabrın 1-i keçiriləcək seçkilər də əsas mövzulardan biridir. Partiya sədri ötən bir il ərzində görülən işlərlə bağlı hesabat da verəcək» - Fuad Qəhrəmanlı bildirib.

AXCP-nin sonuncu qurultayı 2010-cu ildə keçirilib.

XS
SM
MD
LG