Böyük Britaniyada İsrail baş naziri Benjamin Netanyahu-nun həbsini tələb edən petisiyanı 107 min nəfər imzalayıb.
Benjamin Netanyahu Britaniyaya bu həftə səfərə gəlir və o, həmkarı Cameron-la görüşməlidir.
London bildirib ki, ölkəyə səfər edən ölkə başçıları toxunulmazlıq statusuna malikdirlər və həbs edilə bilməzlər.
Lakin petisiyanı imzalyanların fikrincə, Netanyahu 2014-cü ildə 2 min insanın qətliamına görə müharibə canisi kimi həbs edilməlidir.
Parlament 100 min imzanı keçən bütün petisiyalara baxmağa borcludur.
Baş nazir David Cameron-un ofisi bildirib ki, rəsmi London İsrailin öz təhlükəsizliyini müdafiə etmək hüququnu dəstəkləyir.
2014-cü ildə İsrail hərbiyyəsinin zərbələri nəticəsində 2100 fələstinli həlak olub.
Bundan iki ay sonra Britaniya parlamenti Fələstin dövlətinin tanınması barədə qanunu qəbul edib.