Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:35

Məktəblər polis nəzarətinə götürüləcək


Səhlab Bağırov
Səhlab Bağırov

-

Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə apa-ya Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov məlumat verib.

Onun dediyinə görə, sentyabrın 15-də Bakı şəhərindəki təhsil müəssisələrinin yerləşdiyi ərazilər ictimai qaydanın və təhlükəsizliyin qorunması məqsədilə polis tərəfindən nəzarətə götürüləcək.

Bağırov bu ərazilərdə polis naryadlarının sayının artırılacağını və zəruri olan bütün təhlükəsizlik tədbirlərinin görüləcəyini bildirib.

O, yeni dərs ilinin başlanması ilə əlaqədar Dövlət Yol Polisinin də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcəyini bildirib.

XS
SM
MD
LG