Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:16

Sevil Əliyeva: «Ayıb deyilmi?»


-

«Məktəblidən qazanan monopolist…» - 8 sentyabr Azərbaycan mediasının icmalı.

Virtualaz yazır: «Sevil Əliyeva uydurma iddialara cavab verdi: «Ayıb deyilmi?»».

Böyük Britaniyada yaşayan Sevil Əliyevanın (prezident İlham Əliyevin bacısı) Azərbaycan səfəri mətbuatın gündəmindən düşmür.

«Azadlıq» qəzeti onun Bakı səfərinin «əsl məqsədi»ndən yazıb. Qəzetin iddiasına görə, Sevil Əliyeva Bakıya ölkə rəhbərliyindən əmisi oğlu İlqar Əliyev və onun qalmaqallı «Beynəlxalq Bank kreditləri işi» üzrə həbsə atılmış adamları ilə bağlı xahiş etməyə gəlib.

Virtualaz-a danışan S.Əliyeva deyib: «Mən sadəcə bunu demək istəyərdim: ayıb deyilmi? Nədir, yoxsa mənim öz doğma şəhərimə, öz evimə gəlmək hüququm yoxdur? Bu, nə cılız uydurmadır belə? Axı mən demişəm ki, bura azad bir insan kimi gəlmişəm.

Əmim oğlu İlqar Əliyevə gəldikdə isə, mən onu hələ ali məktəb tələbəsi olandan bəri görmürəm. Bu, nə axmaqlıqdır?! Ümumiyyətlə isə mən nə bu oliqarxlar, nə onların kreditləri, nə də digər qalmaqallar barədə heç nə bilmirəm. «Oliqarx», «vəzifə», «məmur» sözləri mənim ruhuma zidd sözlərdir. Hətta atam prezident olanda da mən nə nazirlərlə, nə də digər məmurlarla heç vaxt ünsiyyətə girmirdim. Dövlət işlərinə heç vaxt müdaxilə etməmişəm. Mənə yaxın insanlar bunu çox gözəl bilir. Anam da belə idi.

Mənim adımı müxtəlif intriqalara qatmaq və məni siyasi spekulyasiyalara cəlb etmək lazım deyil. Bunu hamıdan xahiş edirəm».

MƏKTƏBLİDƏN QAZANAN MONOPOLİST…

«Bizim yol» hesablayıb ki, hər şagird üçün çəkilən 200 manat xərcin böyük bir hissəsi inhisarçıların cibinə gedir .

«Binə» Ticarət Mərkəzində satıcılar qəzetə məktəbli geyimi ilə bağlı inhisarçılıqdan danışıblar:

Məktəbli forması.
Məktəbli forması.

«Bir neçə il öncəyə qədər məktəbli geyimlərinin satışına icazə vardı. Geyimlər standart olmasa da, onun məktəbli geyimi olması görünüşündən məlum idi. Sonradan geyimin istehsalını və satışını ölkədə bir trikotaj şirkəti həyata keçirməyə başladı. Bununla biz ticarətçilərin qazancı azaldı. Çünki eyni materialda, eyni dizaynda olan geyimlərin başqa şirkət tərəfindən istehsalına qadağa qoyuldu. Burada məqsəd xidmətin keyfiyyəti deyil, qazanc güdülməsidir».

Təhsil üzrə ekspert Nadir İsrafilov bildirir ki, məktəbli geyimlərinin istehsalı sahəsində monopoliya aradan qaldırılmalıdır: «Müvafiq şəxslər açıqlama verirlər ki, hamı formanı Bakı Tikiş Evindən (BTE) alsın. Digər formaları saxta hesab edirlər. Açıqlama verirlər ki, həmin məktəbli formaları mənşəyi bilinməyən, sertifikatı olmayan parçalardan, zirzəmidə tikilir. Bilinmir bu həqiqətdir, ya yox. Amma məktəbli geyiminin istehsalı ilə bağlı bir neçə şirkət fəaliyyət göstərməlidir ki, rəqabət nəticəsində yüksək keyfiyyət, aşağı qiymət olsun».

ZİYA MƏMMƏDOV «PORTFELSİZ» QALIR

«Yeni Müsavat» yazır ki, taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsinin ASAN xidmətə tapşırılması barədə fərman nəqliyyat naziri Ziya Məmmədovun vəzifədən çıxarılacağı barədə xəbərləri yenidən aktuallaşdırıb:

«Prezidentin imzaladığı fərmanla Z.Məmmədov taksi minik avtomobilləri ilə sərnişin daşınmasına lisenziya verilməsi kimi külli miqdarda gəlirli bir sahəni faktiki itirmiş olub.

Ziya Məmmədov
Ziya Məmmədov

5 illik lisenziyanın qiyməti 150 manat, aylıq ödəniş vergi də daxil, 27 manat olsa da, Nəqliyyat Nazirliyinin özünün qoyduğu «haqq» vardı. Taksi sürücüləri Nəqliyyat Nazirliyinin «qeyri-rəsmi kassa»sına aylıq 60 manat ödəyir, əvəzində isə 19 manatlıq qəbz alırdılar.

Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan minlərlə sürücünün olduğunu nəzərə alsaq, Nəqliyyat Nazirliyinin «büdcə»sinə lisenziyalara görə ildə milyonlarla manat vəsait daxil olurdu. Nəqliyyat müfəttişlərinin özbaşına əməlləri həm taksi sürücüləri, həm də vətəndaşları boğaza yığmışdı».

Qəzet bildirir ki, yanvarda lisenziyaları artıq ASAN xidmət verəcək, bununla da Nəqliyyat Nazirliyi«qara kassa»dan milyonlarla manat itirəcək...

«Taksi fəaliyyətinə lisenziya verilməsinin ASAN Xidmətə tapşırılması iqtidarın Ziya Məmmədovu «portfelsiz nazir»ə çevrilməsi ilə bağlı planlardan irəli gəlir. Nəqliyyat Nazirliyinə tabe olan bəzi qurumlar faktiki olaraq müstəqilləşib. Bu sırada AzAL-ı və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyini göstərmək olar. Cavid Qurbanov «Azərbaycan Dəmir Yolları» QSC-yə rəhbər təyin edildikdən sonra demək olar ki, bu qurum da müstəqilləşib. Bundan başqa paytaxtda yol tikintisi Bakı şəhər İcra Hakimiyyətinə, qəsəbə daxili yolların salınması bələdiyyələrə tapşırılıb. Yol tikintisi ilə məşğul olan«Azəryolservis»in müstəqil quruma çevrilməsi ilə bağlı proses də başlayıb».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG