Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:10

Polyak Mixnik rus Navalnı haqda kitab yazıb


Aleksey Navalnı
Aleksey Navalnı

- Polyak dissidenti, “Gazeta Wyborcza”-nın baş redaktoru Adam Mixnik rus müxalifətçisi Aleksey Navalnı ilə söhbətləri haqda kitab yazıb.

“Navalnı ilə müsahibələr kitabım sentyabrda nəşr olunacaq. Bu, bir polyakla bir rusun maraqlı dialoqudur.

Navalnı haqda müxtəlif söhbətlər və miflər dolaşır. O, cəsur və ziyalı adamdır. Güman edirəm, onun siyasi gələcəyi var. Putinçi məmurların və vəzifəpərəstlərin yerinə onun və onun kimi insanların gələcəyinə ümid edirəm.”

Navalnının Kremlin öz layihəsi olması haqda şayiələri Mixnik “kobud cəfəngiyyat” (“бредом сивой кобылы”) adlandırıb.

Mixnik deyib: “SSRİ-də KQB-nin Saxarovu və ya Soljenitsını, Polşada Kuronya və Valensi mənəvi cəhətdən məhv etmək üçün nə təxribatlar hazırladığını yadımıza salsaq, eyni mexanizmin Navalnıya da qarşı işlədiyi aydın olar.”

Kitab həm polyak, həm də rus dilində nəşr olunacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG