Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 01:42

Rusiya rəsmisindən ABŞ-a xəbərdarlıq


Mikhail Mamiashvili

-

Rusiya Güləş Federasiyasının prezidenti xəbərdarlıq edir ki, Birləşmiş Ştatlarda gələcək çempionatların keçirilməsi qadağan oluna bilər. Mikhail Mamiashvili-yə bu həftə Las Veqasda keçirilən dünya çempionatına viza verilməyib.

“İnanıram ki, Ümumdünya Güləş Təşkilatı Birləşmiş Ştatların gələcəkdə hər hansı tədbirə ev sahibliyi etməsinə qadağa qoyacaq,” dünya güləş təşkilatının vitse-prezidenti olan Mamiashvili sentyabrın 7-də TASS agentliyinə deyib.

Mamiashvili Rusiya prezidenti Vladimir Putin-in dostudur. Las Veqasda keçirilən çempionatlar gələn ilin Rio de Janeyro Olimpiadası üçün əsas təsnifat turniri sayılır.

Bu arada Rusiya Xarici İşlər Nazirliyi Birləşmiş Ştatları siyasəti idmana qatmaqda ittiham edib.

XS
SM
MD
LG