Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:47

Miqrant böhranı Britaniya əhalisini qorxuya salıb


Fransa və Britaniya arasındakı Avrotunelə sipər çəkilir
Fransa və Britaniya arasındakı Avrotunelə sipər çəkilir

İctimai rəy sorğusunda ilk dəfə olaraq ölkənin Avropa İttifaqından çıxmasını istəyənlərin sayı, ittifaqda qalmaq istəyənlərin sayından çox olub.

Britaniya mediası xəbər verir ki, ictimai rəy sorğusunda ilk dəfə olaraq ölkənin Avropa İttifaqından çıxmasını istəyənlərin sayı, ittifaqda qalmaq istəyənlərin sayından çox olub.

Təhlilçilər bu nəticəni son aylar Avropa İttifaqını bürümüş qaçqın böhranı ilə əlaqələndirirlər.

Onlar həmçinin qeyd edirlər ki, bu nəticələr baş nazir David Cameron üçün gözlənilməz olacaq.

Baş nazir əslində ölkəsinin Aİ-dən çıxmasını yox, orada daha sərfəli şərtlərlə üzv qalmasını istəyir.

Mail on Sunday qəzetində dərc olunmuş nəticələrə görə respondentlərin 51 faizi Britaniyanın Aİ-dən çıxmasına tərəfdardır.

Adamların 22 faizi isə bildirib ki, əgər ölkəyə mühacir axını təhlükəsi yaranarsa, onlar da fikirlərini dəyişəcəklər.

Hələlik baş nazir David Cameron Avropa İttifaqından mümkün qədər az sayda miqrant üçün məsuliyyəti qəbul etməyə çalışır.

Britaniyanın Aİ üzvlüyü barədə referendum 2017-ci ildə keçirilməlidir.

XS
SM
MD
LG