Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:42

Britaniyanın neft sektorunda 5500 adam işsiz qalıb


İş yerlərinin ixtisarına neft-qaz şirkətlərinin Brent markalı neftin qiymətinin 2014-cü ildən bəri 55 faiz ucuzlaşması nəticəsində zərərlə işləməsi səbəb olub.

Britaniyanın Şimal dənizi neft və qaz sektorunda ötən bir il ərzində 5500 iş yeri ixtisar edilib.

İş yerlərinin ixtisarına neft-qaz şirkətlərinin Brent markalı neftin qiymətinin 2014-cü ildən bəri 55 faiz ucuzlaşması nəticəsində zərərlə işləməsi səbəb olub.

İş yerlərinin ixtisarıBP, Chevron və ConocoPhilips kimi şirkətləri də əhatə edib.

Britaniyanın Şimal dənizi neft-qaz sektorunda 375 min insan çalışır və bu sektor ölkənin ən böyük vergiödəyənidir.

Üstəlik, Birləşmiş Krallıqda neftin hasilatı 1970-ci illərdən bəri ən aşağı həcminə enib, beləki bir çox köhnə mədənlərdə artıq neft tükənib.

XS
SM
MD
LG