Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:42

Rusiya Norveçi necə işğal edir...


Norveç -- Norveç aktyoru Eldar Skar (ortada) serialda saxta polis əməkdaşı rolunu oynayır
Norveç -- Norveç aktyoru Eldar Skar (ortada) serialda saxta polis əməkdaşı rolunu oynayır

-

Norveçdə sentyabrın sonunda uydurulmuş hadisə əsasında çəkilən bir teleserialın premyerası olacaq.

Bu teleserialda Rusiya Norveçin ərazisini işğal etmiş silahlı təcavüzkar kimi təqdim olunur. Serial “İşğal olunmuş” adlanır.

Filmin süjetinə görə, Rusiya hərbçiləri Norveçə “beynəlxalq cəmiyyətin geniş dəstəyi” nəticəsində zorla girirlər və bundan sonra ölkədə hakimiyyətə “yaşılların” radikal partiyası gəlir. Onlar da neft və qaz istehsalını tamamilə dayandırırlar.

“Rusiya ordusu təbii resursların istehsalını öz nəzarəti altına alır, buna baxmayaraq Norveçdə həyat işğaldan əvvəlki tempdə olduğu kimi davam edir” – filmin annotasiyasında belə deyilir. Serialda aktyor Henrik Mestad və aktrisa Ane Dahl Torp rol alıb. Filmdəki baş rollardan birini isə Ingeborga Dapkunaite ifa edir.

RUSİYA "İSTERİKAYA DÜŞMƏYƏCƏK”

Rusiyanın Oslodakı səfirliyi serialın artıq işıqüzü görmüş treylerinə reaksiya verib. Səfriliyin mətbuat katibi Andrey Kulikov deyib ki, 2-ci Dünya müharibəsində qələbənin 70-ci ildönümündə tamaşaçıların “şərqdən gələn mövcud olmayan təhlükə ilə qorxudulmasından” təəssüflənir. Kulikov onu da deyib ki, “Rusiya tərəfdən heç bir isteriya olmayacaq”, hətta formal diplomatik etiraz da gözləməyə dəyməz.

YouTube-a yerləşdirilən treyler ətrafında artıq qızğın müzakirələr gedir. Bir qrup iddia edir ki, bu serial “Amerika təbliğatıdır” və “ruslar heç vaxt müharibə istəməyiblər”. Həmçinin onu da qeyd edirlər ki, sözügedən film “Norveç hakimiyyətinin necə axmaq olması” barədədir. Digər bir qrup isə Ukrayna hadisələrini xatırlamağı və bundan özləri üçün nəticə çıxarmağı təklif edir.

Treylerə yazılmış şərhlərin böyük əksəriyyəti rus dilində və ya rusdillilər tərəfindən yazılıb, baxmayaraq ki, sözügedən Norveç filminin heç ingilis dilində subtitrləri də yoxdur.

ƏN BAHALI SERİAL

“İşğal olunmuş” filminin ideyası hələ 2008-ci ildə - Rusiyanın Gürcüstana təcavüzü dönəmində Norveçin detektiv yazarı Jo Nesbo-dan gəlib. Hətta bir neçə “pilot” seriyanın ssenarisini də o yazıb. Filmin elanı 2013-cü ildə edilsə də, çəkilişlərə 2014-cü ildə - Krımın rusiyalı hərbçilər tərəfindən ilhaqından sonra başlanıb.

Bu, Norveç tarixinə həm də ən bahalı serial kimi düşəcək – onun büdcəsi 90 milyon Norveç kronu, yəni 10,5 milyon dollardır.

Elə o zaman belə bir narahatlıq var idi ki, rus işğalı Norveçin şimalına kimi gəlib çıxa və İsveçə məxsus Qotland adası hədəf ola bilər.

Jo Nesbonun 7 il əvvəlki ideyasına Norveçin NRK dövlət televiziyası maraq göstərib, amma son anda proyektin çəkilişindən imtina edib, bu işi TV-2 telekanalı öz üzərinə götürüb.

Ssenarinin yazılmasında digər müəlliflər, o cümlədən “Yuxusuzluq” filmindən məşhur olan Eric Sheldberg də iştirak edib. Prodüserlərdən biri də "Yellow bird" isveç şirkətidir. Bu, Norveç tarixinə həm də ən bahalı serial kimi düşəcək – onun büdcəsi 90 milyon Norveç kronu, yəni 10,5 milyon dollardır. Bu isə özündən əvvəlki rekorddan iki dəfə çoxdur – “Vad-dövlət” serialının çəkilişinə 36 milyon kron xərclənmişdi. Artıq bəllidir ki, sözügedən serial Böyük Britaniyada nümayiş olunacaq. Fransız - alman telekanalı ARTE də serialı alanlar sırasındadır.

XS
SM
MD
LG