Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:53

Separatçılar atəşkəsi 14 dəfə pozub


Ukrayna prezidenti Petro Poroshenko
Ukrayna prezidenti Petro Poroshenko

Ukraynanın şərqində son bir sutka ərzində separatçılar 14 dəfə atəşkəsi pozublar. Separatçıların sentyabrın 5-də Ukrayna hərbçilərinin mövqelərini atəşə tutduqları deyilir. Sentyabrın 6-na keçən gecə Luqanskdakı ukraynalı hərbi qulluqçuların məntəqəsi də atəşə tutulub.

Ukrayna təhlükəsizlik xidmətinin məlumatına görə, Artyomovsk – Lisiçansk avtotrassının yaxınlığındakı meşə massivindən içərisində çoxsaylı silah və döyüş sursatı olan gizli anbar tapılıb. Tapılanlar arasında iki tankəleyhinə idarəolunan raket, 40 reaktiv tankəleyhinə qumbara, əl qumbarası, müxtəlif çaplı patronlar da olub.

Sentyabrın 5-də Ukrayna prezidenti Petr Poroshenko elan edib ki, ötən həftə Donbasda atəşkəsə əməl olunması ilə bağlı Minsk razılaşmasının əməl olunduğu ilk həftə olub.

XS
SM
MD
LG