Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:51

Generalın qardaşı təslim oldu


Prezident Emomali Rahmon hücuma məruz qalmış Vəhdət qəsəbəsinə səfəri zamanı, 6 sentyabr 2015
Prezident Emomali Rahmon hücuma məruz qalmış Vəhdət qəsəbəsinə səfəri zamanı, 6 sentyabr 2015

Tacikistanın şərqində sentyabrın 5-də xüsusi əməliyyat zamanı 9 güc strukturu əməkdaşı ölüb, 6 nəfər yaralanıb.

Məlumatı İnterfaks yayıb. Bildirilir ki, müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzod və onun tərəfdarlarının təqibi davam etdirilir.

Azadlıq Radiosunun tacik bürosunun məlumatına görə, sentyabrın 5-də Ramist dərəsində Nazarzodun tərəfdarlarından 13-ü öldürülüb, daha 32 nəfəri saxlanılıb. Generalın qardaşı hökumətə təslim olub. Çoxsayda silah və sursat müsadirə olunub.

Sentyabrın 5-də naməlum şəxslər Düşənbənin girişində post patrul məntəqəsinə basqın ediblər. nəticədə 1 polis işçisi öldürülüb, bir neçəsi yaralanıb. Hələ ki bu basqının Nazarzod qruplaşması ilə əlaqəli olub-olmaması bəlli deyil.

Prezident Emomali Rahmon Nazarzodu hökumətdə tutduğu vəzifədən azad edib, onu “cinayət törətməkdə” suçlayıb.

XS
SM
MD
LG