Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:06

Qaçqınlar Almaniyaya axışır


Macarıstanda qeyri-leqal miqrantlar Avstriya sərhədinə doğru irəliləyirlər.
Macarıstanda qeyri-leqal miqrantlar Avstriya sərhədinə doğru irəliləyirlər.

-

Sentyabrın 5-də 450-dək qeyri-leqal miqrant Avstriyadan Münhenin dəmiryol vağzalına gəlib. Avstriya polisinin məlumatına görə, onlar yaxınlıqdakı miqrasiya mərkəzinə yönləndiriləcəklər.

«Reuters» xəbər verir ki, gün ərzində Avstriya ərazisindən keçməklə Macarıstandan Almaniyaya 5 mindən 10 minədək qaçqının gəlişi gözlənilir. Onlar Yaxın Şərq və Şimali Afrika ölkələrindəndir.

Sentyabrın 5-i səhər Macarıstandan Avstriyaya 4 mindən çox miqrant gəlib. Ötən gün macar hökuməti bir neçə gün onun ərazisində qalan qaçqınlara avtobuslar verib. Bu, Avstriya, Almaniya və Macarıstan arasında qaçqınların macar sərhədini keçərək Qərbə doğru irəliləməsi haqda razılıq əldə edildikdən sonra mümkün olub.

Bundan öncə Budapeşt miqrantları öz sərhədindən buraxmaq istəmirdi və Avropa İttifaqı qaydalarına əsasən, onların qeydiyyatdan keçmələrində israr edirdi.

Bu ilin əvvəlindən 140 min miqrant Serbiyadan keçməklə Macarıstana gəlib. Budapeşt miqrant axınını önləmək üçün Serbiya ilə sərhəd boyu 3.5 metr hündürlüyündə divar tikməyə başlayıb.

XS
SM
MD
LG