-
Belarusun dövlət başçısı Alyaksandr Lukashenka prezidentliyə namizəd kimi qeydiyyatdan keçmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Bu haqda məlumat sentyabrın 5-də MSK-nın saytında yerləşdirilib.
Bundan öncə Tatiana Korotkevich, Sergei Gaidukevich və Nikolai Ulakhovich sənədlərini Mərkəzi Seçki Komissiyasına veriblər.
MSK-nın məlumatına görə, namizədliyə iddialılar qeydiyyat üçün sənədlərini sentyabrın 5-i saat 14-dən gec olmayaraq təqdim etməliydilər.
Namizədlərin qeydiyyatı sentyabrın 10-da gözlənilir.
Avqustun sonunda Belarus müxalifətinin liderləri bəyan ediblər ki, indiki prezident seçkisi kampaniyasının qeyri-qanuniliyinin tanınmasına və yeni prezident seçkisinin keçirilməsinə nail olmaq niyyətindədirlər. Mikoła Statkievič, Vladimir Neklyayev, Anatoly Lebedko, Pavel Severinets ölkə vətəndaşlarını səsvermədə iştirak etməməyə çağırıblar.
Belarusda seçkilər bu il oktyabrın 11-də keçiriləcək.