Keçid linkləri

2026, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 07:41

Ukrayna prezidenti «yaxşı xəbər» verdi

Petro Poroshenko
Petro Poroshenko

-

Ukrayna prezidenti Petro Poroshenko bəyan edib ki, ötən həftə Donbasda atəşkəs haqda Minsk razılaşmasının icrasına başlandığı ilk həftə olub.

«Bu, birinci həftədir ki, cəbhədə atəş açmırlar. Birinci həftədir ki, Minsk razılaşması işləməyə başlayıb. Hərbi qarşıdurmalarda atəş nəticəsində heç kim ölmür», - deyib Poroshenko.

Bununla belə, prezident yaralanan hərbçilərin olduğunu bildirib.

Ukraynanın şərqində böhranın «normand formatı»nda həllinə toxunan dövlət başçısı deyib ki, bu format qüdrətli Ukraynayönümlü dünya koalisiyasıdır.

«Bizim dəqiq transatlantik koordinasiyamız var ki, Atlantik okeanının o tayından, ABŞ, Kanadadan tərəfdaşlarımız Ukrayna tərəfində dursunlar. Bütün dünya, Yaponiyadan tutmuş Avstraliyaya qədər... bu gün bizim tərəfimizdədir», - qeyd edib Poroshenko.

This item is part of
XS
SM
MD
LG