Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:29

Ermənistan “strateji” hərbi təlimə başlayır


Ermənistan prezidentinin administrasiya bildirib ki, “ali baş komandan Milli Təhlükəsilik Şurasına “müharibə ssenarisi”nə uyğun təlimatlar verib”.

Ermənistan prezidenti Serzh Sarkisian cümə axşamı, ölkəsinin “strateji komandanlıq və qərargah hərbi təlimlərinin” başlanğıcında Milli Təhlküəsizlik Şurasının üzvləri ilə görüş keçirib.

Bu təlimlərdə Ermənistan “xarici təcavüzə” reaksiyasını məşq etməlidir.

Sentybarın 3-dən 6-dək davam edəcək “Shant-2015” (İldırım-2015) kod adı olan manevrlərdə Ermənistan Silahlı Qüvvələrindən başqa, həm də müharibə şəraitində sərhədyanı bölgələrdə əhalinin kütləvi səfərbərliyi və evakuasiyasına cavabdeh olan dövlət qurumları da iştirak edirlər.

Bu manevrlərdə nə qədər əsgərin və hərbi texnikanın iştirak etdiyi barədə məlumat yoxdur.

Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, bu hərbi oyunlar ölkənin sərhədlərində yaranmış mürəkkəb hərbi-siyasi vəziyyətə müvafiq şəkildə, real müharibəyə maksimum bənzər surətdə aparılır.

Ermənistanın hərbi komandanlığı ölkədəki xarici attaşeləri manevrlər barədə xəbərdar edib.

Müxbirlər bildirirlər ki, təlim məşqlərin Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ münaqişəsinin təmas xətti boyunca təhdidlərinə cavab olaraq keçirildiyi düşünülür.

Ermənistan prezidentinin administrasiya bildirib ki, “ali baş komandan Milli Təhlükəsizlik Şurasına “müharibə ssenarisi”nə uyğun təlimatlar verib”.

XS
SM
MD
LG