Keçid linkləri

Təcili xəbərlər
2022, 25 İyun, şənbə, Bakı vaxtı 01:56

Dünya xəbərləri

Düşənbədə baş verən atışmada 10 nəfər ölüb

Foto arxiv

Tacikistanın paytaxtı Düşənbədə törədilən 2 ayrı-ayrı hücumda 10 nəfər ölüb.

Sentyabrın 4-də Düşənbə hava limanının yaxınlığında törədilən hücumda xüsusi təyinatlı qüvvələrin 2 əməkdaşı və 1 yol polisi öldürülüb.

Polis bundan sonra hücum edənləri yaxalamaq üçün Düşənbənin Qarategin qəsəbəsində ev-ev axtarış aparıb.

Bundan bir neçə saat əvvəl isə silahlı qrup paytaxtın 20 kilometrliyində yerləşən Vahdad şəhərində polis məntəqəsinə hücum edib.

Daxili işlər nazirliyinin məlumatına görə, bu qrupun başındaZiyoviddin Abdullayev adlı şəxs dururmuş.

Nazirlik rəsmisinin AzadlıqRadiosuna verdiyi məlumata görə, atışma zamanı 5 polis, Abdullayev və onun adamlarından biri öldürülüb, hücum edənlərdən 3-ü isə yaralanıb.

Bu hücumlar Tacikistanda qeydiyyatdan keçmiş yeganə islamçı partiyanın qadağan edilməsi və 23 yaşlı tələbənin polislər tərəfindən amansızcasına döyülməsi fonunda baş verib.

Məlumatlara görə polislər onu saqqalını qırmağa məcbur edirmişlər.

Polis bu hücumların bir-biri ilə heç bir bağlılığı olmadığını deyir.

Bu insidentlərdənsonra Düşənbədəki ABŞ səfirliyi bağlanıb və ABŞ vətəndaşlarına sayıq olmaq tövsiyyə edilib.

Bütün xəbərləri izləyin

Çinin Rusiyadan neft idxalı rekord vurub

Arxiv fotosu

“Bloomberg News” Çinin neft alışında rekord vurduğunu yazır

Mayda Çinin Rusiyadan idxal etdiyi neftin həcmi bir il öncəylə müqayisədə 50 faizdən çox artıb. Qərb ölkələri Ukraynaya səbəbsiz təcavüzlə bağlı Rusiyanı cəzalandırmaq məqsədilə yanacaq və digər sanksiyalar tətbiq edəndən ikitərəfli ticarət yüksəlir.

Çinin Vergi Administrasiyasının datasına görə, dünyanın ikinci böyük iqtisadiyyatı Rusiyadan 8.4 milyon tondan çox neft idxal edib. Bu isə 2021-ci ilin mayı ilə müqayisədə 55 faiz çoxdur.

Beləliklə, Rusiya Çinin əsas neft mənbəyinə çevrilərək Səudiyyə Ərəbistanını ötüb.

“Bloomberg News” Çinin neft alışında rekord vurduğunu yazır.

Prezident Si Tsinpinqlə Putin 2022-ci ilin fevralında Pekində Qış Olimpiya oyunları öncəsi görüşüblər. Çin Rusiyanın işğalını açıq şəkildə pisləməyib.

Bir sıra Qərb ölkələri Rusiya idxalından imtina edib. Bu arada Çin iqtisadiyyatı koronavirus qadağalarından dolayı səngiyir. İki illik pandemiya dövrünün ən böyük yoluxma sayını yaşayan Çin müəyyən məhdudiyyətlər tətbiq edir.

İranda ruhanilərin qətlinə görə edam icra olunub

Dindarlar İmam Rza türbəsində

Daxili işlər naziri Əhməd Vahidi hadisəni “terror hücumu” adlandırıb

İranda İmam Rza türbəsinə hücum zamanı iki şiə ruhaninin öldürülməsi, birinin yaralanmasına görə özbək kökənli şəxs edam edilib.

Əbdüllətif Muradiyə qarşı ölüm hökmü iyunun 20-də Məşhəd şəhərindəki Vəkilabad həbsxanasında icra olunub. Məlumatı vilayətin ədliyyə başçısı Qulaməli Sadiqi açıqlayıb.

Aprelin 5-də, müsəlmanların müqəddəs Ramazan ayında törədilmiş hücumda ruhanilər Hüccətülislam Məhəmməd AslaniMəhəmməd Sadiq Darai qətlə yetiriliblər. Hücum vaxtı Muradi 21 yaşında olub.

Daxili işlər naziri Əhməd Vahidi hadisəni “terror hücumu” adlandırıb. Digər rəsmilər isə radikal sünni islamçı qruplara istinadla “təkfiri elementləri”ni suçlayıb.

Hücumdan iki gün öncə şimaldakı Günbədkavus şəhərindəki məsciddə iki sünni imamı güllələnib öldürülmüşdü.

Sünnilər İranın əsasən şiələrdən ibarət 83 milyonluq əhalisinin 5-10 faizini təşkil edir.

Ukraynada rus musiqisi qadağan edilir

Arxiv fotosu

Qanunda həmçinin Rusiya sənətçilərinin qastrol səfərləri qadağan olunur

Ukrayna parlamentinin iyunun 19-da qəbul etdiyi qanun layihəsində rus dilində musiqinin qadağan olunması nəzərdə tutulur. Deputatlar Ukrayna mədəniyyətini və ölkənin informasiya məkanını Rusiya təsirindən qorumağı hədəfləyən bir neçə layihəni qəbul ediblər.

Rus dilində musiqinin yasaqlanmasına dair layihə radio və televiziyada Ukrayna musiqisinin payını 35 faizdən 40 faizə çatdırmağı nəzərdə tutur.

Qanunda həmçinin Rusiya sənətçilərinin qastrol səfərləri qadağan olunur. Ancaq Rusiyanın Ukraynaya hücumunu açıq şəkildə pisləmiş incəsənət adamları istisnadır.

Layihəni izah edən bəyanatda deyilir ki, rus musiqisi Rusiya mənsubiyyətinin qəbulunu daha cəlbedici edərək Ukrayna dövlətini zəiflədə bilər.

“Təcavüzkar dövlətin musiqi məhsulu əhalidə separatçı əhvala təsir göstərə bilər”, – deputat Yaroslav Jelezniak Telegram-da bəyanatdan sitat gətirib.

Ali Rada Rusiya, Belarus və ölkənin rusiyapərəst separatçıların işğalı altında olan vilayətlərindən kitab və digər çap məhsullarının idxalı və yayılmasının qadağan olunmasına səs verib.

Parlament ukraincə kitab çapı və yayımının stimullaşdırılmasına dair ayrıca qanunvericilik də qəbul edib.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb.

Rusiyanın keçmiş dövlət katibi Gennadi Burbulis Bakıda vəfat edib

Gennadi Burbulis, arxiv foto

Gennadi Burbulis Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana dəvətlilər arasında olub

Rusiyanın sabiq dövlət katibi, baş nazirin keçmiş birinci müavini və iki çağırış Dövlət Dumasının deputatı Gennadi Burbulis 77 yaşında Bakıda vəfat edib. Hələlik ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

"Turan" İnformasiya Agentliyi isə yazır ki, ölüm Burbulis Azərbaycanın paytaxtında otellərdən birində saunada olarkən baş verib. Agentlik Burbulisun beynəlxalq forumda iştirak etmək üçün Bakıya gəldiyin yazır.

O, 1990-cı illərin əvvəllərində Rusiya prezidenti Boris Yeltsinə ən yaxın adamlarından biri olub və SSRİ-nin süqutu ilə bağlı Belovejskaya sazişlərinin hazırlanmasında və imzalanmasında iştirak edib.

1989-cu ildə SSRİ xalq deputatı seçilən Burbulis 1990-cı ilin aprelində Sov.İKP-dən ayrılaraq Rusiya Demokratik Partiyasını (DXR) yaradıb. RSFSR prezident seçkilərində seçki qərargahının rəhbəri olub.

Yeltsinin qələbəsindən sonra Burbulis dövlət katibi vəzifəsinə təyin edilib, o, bu vəzifəni tutan yeganə şəxs olub. O, həm də Dövlət Şurasının işinə cavabdeh idi.

AzadlıqRadiosunun rus xidməti qeyd edir ki, xüsusilə, bazar islahatları təklif edən gənc iqtisadçıların ölkə rəhbərliyinə dəvət edilməsini təklif edən və Yeltsini islahat hökumətinə rəhbərlik etməyə inandıran da məhz o olub. Nazirlər Kabinetinin ilk tərkibi formalaşdıqdan sonra Burbulis Yeltsinin birinci müavini olub və faktiki olaraq kabinetin işinə rəhbərlik edib.

Hökumətin iqtisadi blokuna Yeqor Qaydarın rəhbərlik etməsinin də Burbulisin təklifi ilə baş tutduğu bildirilir.

Amma sonralar Burbulis Yeltsinin rəğbətini itirib. Onun parlament, nazirlər və prezidentin ətrafı ilə konfliki yaranıb.

1992-ci ilin yazında prezidentin müşavirləri qrupunun rəhbəri olub, qışda isə Qaydar hökuməti istefa verəndən sonra bu vəzifəni də itirib.

Daha sonra o, iki dəfə parlamentə seçilib, bölgələrdən birinin vitse-qubernatoru vəzifəsində çalışıb və Federasiya Şurasının üzvü olub, lakin ona mühüm qərarlar qəbul etməyə imkan verilməyib.

Krımın ilhaqını tənqid edən Gennadi Burbulis Rusiya Federasiya Şurası sədrlərinin - Sergey Mironov və Valentina Matvienkonun müşaviri olub.

Belovejskaya sazişlərini imzalayan 6 nəfərdən yalnız biri-Ukraynanın keçmiş baş naziri Vitold Fokin sağdır.

Ukrayna qoşunları Melitopola, Rusiya qoşunları isə Xarkova yaxınlaşmağa çalışır

Ukrayna ordusu Donbas bölgəsində, 15 iyun 2022

Ukrayna qoşunları Melitopola, Rusiya qoşunları da Xarkova yaxınlaşmağa çalışır. Ukrayna Daxili İşlər nazirinin müşaviri Vadim Denisenko Ukrayna televiziyasına müsahibəsində “Xarkovdan şimalda vəziyyət yenə də kifayət qədər mürəkkəbdir” deyib.

Onun sözlərinə görə, Rusiya qoşunları yenidən Xarkova yaxınlaşmağa, “onu cəbhə bölgəsinə çevirməyə” çalışırlar.

Melitopol şəhərinin meri İvan Fedorov isə iyunun 19-da verdiyi açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin artıq Zaporojyedən Melitopol istiqamətində 10 kilometrdən çox irəlilədiyini deyib.

O, yaxın həftələrdə Xerson şəhərinin də Ukrayna ordusu tərəfindən azad oluna biləcəyinə ümid etdiyini bildirib.

Rusiya ordusu Severodonetskin çox hissəsinə nəzarət etsə də şəhəri tam ələ keçirə bilməyib. Bunu Luqansk Ordu Vilayət Administrasiyasının rəhbəri Sergey Qayday deyib.

"Demək olar döyüşlər Rusiyanın ssenarisi üzrə getmir. Onlar daha çox ehtiyyat toplayıb döyüşə atmağa, kütləvi atəşə tutmağa çalışdılar. Onlar nə qədər uduzurlarsa, nə qədər hərbi hissələr döyüşdən çıxarılırsa,onları birtəhər qaydaya salıb, ölən çoxlu sayda rus döyüşçüsünü kompensasiya etməklə cəbhəyə atsalar da yenə də nə Luqanskda, nə də Donetsk vilayətində planlaşdırdıqları kimi irəliləyə bilmirlər”, - Sergey Qaydai deyib.

Qaydayın sözlərinə görə, Rusiyanın Severodonetsk şəhərini tam nəzarətə götürmələri ilə bağlı dedikləri tam yalandır, doğrudur onlar şəhərin çox hisəsinə nəzarət edirlər, amma bütün şəhər onların nəzarətində deyil.

"İndi onlar heç tarix barədə də danışmırlar. Sadəcə deyirlər ki, Severodonetskini tam tutmaq və "Lisiçans-Baxmut" yolunu tutmaq üçün tapşırıq var. Bu baxımdan da onlar ancaq atəş açır, amma nəzarət etmir"-deyə Qayday bildirib.

Hələ iyunun 16-da Rusiyanın dövlət xəbər agentliyi RİA Novosti Severodonetsk şəhərinin girişində Rusiya bayrağının sancıldığını bildirib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Merkel Kiyevlə Moskva arasında vasitəçi ola biləcəyini deyir

Almaniyanın keçmiş kansleri Angela Merkel, arxiv foto

Almaniyanın keçmiş kansleri Angela Merkel Kiyevlə Moskva arasında sülh nizamlanmasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib.

RND-yə müsahibəsində o, gələcəkdə özü üçün belə bir rolu istisna etmədiyini, lakin hazırda bu mövzunun müzakirə olunmadığını deyib.

Merkel 2021-ci ilin dekabrında federal kansler postunu tərk etməzdən əvvəl müharibənin qarşısını almağa çalışdığını, lakin müvəffəq olmadığını bildirib.

Onun sözlərinə görə, Vladimir Putin artıq Normandiya formatında sammitlərə hazır deyildi (Normand dördlüyü 2014-cü ildə Ukraynanın şərqindəki münaqişənin həlli üçün yaradılmış qrupdur, burda Ukrayna, Rusiya, Almaniya və Fransa təmsil olunur) .

Keçmiş kansler həmçinin Ukraynada müharibəyə başlamaq üçün Kremlin onun getməsini gözlədiyinə də inanmadığını vurğulayıb. Hakimiyyətdən getdikdən sonra "Spiegel" jurnalına ilk müsahibəsində sabiq kansler Ukraynada müharibənin qarşısını almağın mümkün olmadığına görə özünü günahkar saymadığını bildirib.

"Diplomatiya sadəcə uğur qazanmadığı üçün səhv deyil" deyən Merkel, "elə ona görə də niyə bunun səhv olduğunu deməli olduğumu anlamıram və üzr istəməyəcəyəm" deyib.

Almaniyanın hazırkı hökumət başçısı Olaf Şolz Rusiyanın işğalını qətiyyətlə pisləyib və Ukraynaya silah tədarükünü təsdiqləyib.

Xüsusilə, aprel ayında Almaniya Ukraynaya tank və ağır silahlar verməyə hazır olduğunu bəyan edib. Ancaq iyunun ortalarına qədər bu tədarükün baş tutmaması həm ölkə daxilində, həm də xaricdən Şolzun tənqidinə səbəb olub.

İyunun 17-də DPA-ya müsahibəsində Scholz deyib ki, silahlar, o cümlədən çoxsaylı reaktiv yaylım atəşi sistemləri və raket əleyhinə sistemlər Kiyevə Ukrayna hərbçiləri müvafiq təlimləri başa vurandan sonra çatdırılacaq. Silah tədarükündəki gecikmələri isə kansler Almaniyanın əvvəlcə müharibədən qabaq mövcud olan təchizat öhdəliklərinini yerinə yetirməli olması ilə əsaslandırıb.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

ABŞ Ukraynaya daha 4 HİMARS göndərməyi planlaşdırır

HIMARS, 22 oktyabr 2020

Pentaqon növbəti hərbi yardım paketində Ukraynaya daha dörd HIMARS (High Mobility Artillery Rocket System) reaktiv yaylım atəşi sistemi göndərmək istəyir.

Bu barədə “Politico” ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. O da qeyd olunur ki, bu qərar hələ də Ağ Ev tərəfindən təsdiqlənməlidir.

Bundan başqa “Politico” yazır ki, Böyük Britaniya və Almaniya da Amerika istehsalı olan daha üç oxşar M270 sistemini Ukraynaya veriləcəyi bildirir.

HIMARS və M270 80 kilometrə qədər məsafədəki hədəfləri vura bilir ki, bu da Rusiyanın çoxsaylı reaktiv yaylım atəşli sistemlərinin atış məsafəsindən çoxdur.

Onun Ukrayna ordusuna, xüsusən də Rusiyanın hazırda əhəmiyyətli üstünlüyə malik olduğu artilleriya qarşıdurmasında kömək edəcəyi güman edilir.

Nəzəri cəhətdən məhvetmə radiusu daha yüksək ola bilərdi, lakin

ABŞ Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirmək ehtimalınının mümkün ola biləcəyini əsas gətirərərk Ukraynaya məhvetmə radiousu daha yüksək olan müvafiq döyüş sursatı verməyəcəyini bildirib.

Ukrayna daha çox sayda reaktiv yaylım atəşi sistemi istəyir. Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak cəbhədə Rusiya ilə paritet əldə etmək üçün Ukrayna ordusuna bir neçə min ağır texnika o cümlədən 300 reaktiv sistemin lazım olduğunu deyib.

İndi Ukrayna hərbçiləri HIMARS sistemlərinin istifadəsi üzrə təlimləri başa vurur. Bundan əlavə, müasir Qərb silahlarının təmiri və texniki xidmət sistemini təşkil etmək lazımdır.

Məlumatlarda həmçinin vurğulanır ki, ABŞ Ukraynaya çoxsaylı raket sistemləri ilə zərbələr endirmək üçün kəşfiyyat məlumatı göndərəcəyini vəd edib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Rusiyada "Müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Qazaxıstan prezidenti Rusiyanın 'Aleksandr Nevski' ordenindən imtina edib

Kasım-Jomart Tokayev , 7 yanvar 2022, Qazaxıstan

Mətbuat xidmətindən Tokayevin hələ Rusiyaya səfərindən əvvəl sözügedən mükafatdan imtina ediyini deyiblər

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Moskvanın ona vermək istədiyi "Aleksandr Nevski" ordenini qəbul etməkdən imtina edib.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, Kasım-Jomart Tokayev vəzifədə olduğu müddətdə heç bir mükafat almamaq qərarına gəlib. Bu barədə "Tengrinews" məlumat yayıb. Ehtimal olunur ki, Tokayevə orden verilməsi səfər etdiyi Sankt-Peterburqda iqtisadi forumda baş tuta bilərdi.

Sözügedən forumda çıxış edən Qazaxıstan prezidenti Moskvanın Ukrayna torpaqlarındakı separatçı respublikalarla bağlı mövqeyinin əleyhinə çıxış edərək, onları tanımaq fikrində olmadığını bildirib.

“Aleksandr Nevski” ordeni ilə xarici siyasətçilər Rusiya Federasiyası ilə çoxtərəfli əməkdaşlığın inkişafındakı xidmətlərinə və onun sosial-iqtisadi inkişafına köməkliklərinə görə təltif oluna bilərlər.

Tokayevin mətbuat xidmətinin məlumatına görə, Qazaxıstan prezidenti hələ Rusiyaya səfərindən əvvəl sözügedən mükafatdan imtina edib. Kremlin sözçüsü Dmitri Peskov iyunun 18-də mətbuata açıqlamasında Tokayevin Rusiyada mükafatlandırılmasının planlaşdırılmadığını deyib.

Rusiyanın təcavüzü başlayandan bəri Ukraynada 323 uşaq həlak olub

Ukrayna, Lvov, Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar keçirilən aksiyadan

Rusiyanın hərbi təcavüzünün başlamasından bəri Ukraynada həlak olan uşaqların sayı 323-ə yüksəlib, yaralanan uşaqların sayı isə 580-ni keçib.

Məlumatda son günlər uşaqların həlak olması ilə bağlı məlumatların artdığı qeyd edilir. Bildirilir ki, iyunun 13-dək həlak olan uşaqların sayı 288 nəfər olub.

İyunun 17-də isə BMT Ukraynada həlak olan mülki şəxslərlə bağlı məlumatlarını açıqlayıb. Fevralın 24-dən iyunun 16-dək BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının saytında verilən məlumata görə, hərbi əməliyyatlar nəticəsində 294-ü uşaq olmaqla 4509 mülki şəxs həlak olub.

Rusiya Lusuçansk şəhərini bombayayır

Cəbhədən gələn son məlumatlara görə, Rusiya hərbi qüvvələri Ukraynanın Lusuçansk şəhərini bombardman etməkdədilər. Döyüş bölgəsindəki Ukrayna hərbçilərinə istinadən iyunun 18-də verilən məlumatlara görə, Rusiya Ukrayna ordusunun mövqelərini və şəhər infrastrukturunu artilleriya və reaktiv yayılım atəşinə tutub. Luqanskın hərbi qubernatoru Sergiy Qayday bir gün əvvəl, iyunun 17-də Ukraynanın ictimai televiziyasına güclü partlayışlar nəticəsində çoxsaylı insan təlafatının olduğunu deyib. Daha sonra onlayn paylaşmasında o, şəhərdən çıxan əsas magistral yolun artıq keçilməz olduğunu yazıb.

Böyük Britaniyanın Müdafiə Nazirliyi iyunun 18-də gündəlik kəşfiyyat bülletenində bildirib ki, Rusiya qüvvələri son 48 saat ərzində Syevyerodonetskdən təxminən 115 kilometr şimal-qərbdə yerləşən İzyum şəhərinin cənubuna doğru irəliləyişlərini bərpa edib və şəhəri şimaldan əhatə etməyi hədəfləyiblər.

Rusiya ordusu fevralın 24-də Ukraynaya hücum edib.

Litva Rusiyadan Kalininqrada yük daşınmasının bir qismini dayandırır

Kalininqrad dəmiryolu vağzalı , arxiv foto

Litva dəmir yolları Avropa İttifaqınin (Aİ) sanksiyaları altına düşən bir sıra Rusiya mallarının Kalininqrada (Kalininqrad vilayəti Litva və Polşa ilə həmsərhəd olan Rusiyanın anklavıdır) tranzitini dayandırır. KİV-lər bu barədə Kalininqrad vilayətinin qubernatoru Anton Alixanova istinadən məlumat yayıblar.

Məlumata görə, Rusiya regionlarından Kalinqrada daşınan bütün malların demək olar ki, 50 faizi Aİ qadağası altına düşür. Qubernator bildirib ki, yaranmış problemi aradan qaldırmaq üçün Ust-Luqa - Baltiysk bərə xətti üzrə yüklərin çatdırılması üçün əlavə gəmilərə ehtiyac var. Region rəhbəri hesab edir ki, Litva Kalininqrad vilayətinə yüklərin tranzitinə qadağa qoymaqla onun Aİ-yə daxil olma qaydalarını kobud şəkildə pozub.

Dəmiryolu vasitəsi ilə sərnişin daşınma əlaqəsi dəyişməz olaraq Litva ərazisindən həyata keçirilir və AB ölkələrinin hava məkanı Rusiya üçün bağlı olduğundan təyyarələr Baltik dənizi üzərindən uçur.

İyunun əvvəlində Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi altıncı sanksiyalar paketində digər məsələlərlə yanaşı, ikili təyinatlı mallar və texnologiyalar üzrə ixrac məhdudiyyətlərinə məruz qalan şəxslər və təşkilatların siyahısı genişləndirilib.

Bundan başqa, daşınmasına qadağa qoyulan Rusiyanın müdafiə və təhlükəsizlik sektorunun texnoloji təkmilləşdirilməsinə töhfə verə biləcək mal və texnologiyaların siyahısı artırılıb. Bura kimyəvi silah istehsal etmək üçün istifadə edilə bilən 80 kimyəvi maddə daxildir.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fevralın 24-də başlayıb.

Britaniya Assanjın ekstradisiyasını təsdiqləyir

Culian Assanj

Daxili İşlər Nazirliyi bəyanatında Assanjın apelyasiya vermək üçün 14 günü olduğunu bildirir

Britaniyanın Daxili işlər naziri Priti Patel WikiLeaks saytının təsisçisi Culian Assanjın kriminal ittihamlarla mühakimə olunmaqdan ötrü ABŞ-a ekstradisiyasını təsdiqləyib. Müdafiə tərəfi apelyasiya şikayəti verəcəyini deyib.

ABŞ hökuməti 50 yaşlı avstraliyalını WikiLeaks-in 500 min gizli hərbi sənədi yaymasına görə mühakimə etmək istəyir. Həmin sənədlər İraq və Əfqanıstan müharibələrinə aid idi və Vaşinqton onların həyati təhlükə yaratdığını bildirib.

Tərəfdarları və vəkilləri isə Assanjın jurnalist kimi hərəkət etdiyini deyirlər. Onun ifadə azadlığının müdafiəsini nəzərdə tutan Birinci Düzəlişlə hüquqlarının yarandığını bildirirlər.

Sözügedən sənədlər Birləşmiş Ştatların İraq və Əfqanıstanda yol verdiyi hərbi səhvləri ifşa edib.

Daxili İşlər Nazirliyi bəyanatında Assanjın apelyasiya vermək üçün 14 günü olduğunu bildirir.

Jurnalist təşkilatları və insan haqları qrupları Britaniyanı ekstradisiyadan imtina etməyə çağırmışdı.

“Britaniyanın Daxili işlər naziri WikiLeaks-in təsisçisi Culian Assanjı 175 illik həbslə üzləşə biləcəyi ABŞ-a ekstradisiyasını təsdiqləyib. Mətbuat azadlığı və Britaniya demokratiyası üçün qara gündür. Qərardan şikayət veriləcək”, – Wikileaks Twitter-də yazıb.

Qazaxıstanda mal-qara qırılır, səbəbi...

Arxiv fotosu

Dərmanlar əsasən Ukrayna və Rusiyadan gətirilir

Qazaxıstanın mərkəzində mal-qaranın kütləvi qırılmasına Ukrayna və Rusiyadan vaksin gətirilməməsi səbəb göstərilir. Fevralın 24-də Rusiyanın qonşusuna qarşı əsassız müharibəyə başlaması təchizatı pozub.

Son günlər Qarağandı vilayətində 76 inək və buzovun yoluxucu xəstəlikdən tələf olduğu bildirilir. Daha 150 inəyin də xəstəliyə yoluxduğu güman edilir.

Qarağandı vilayətində Baytarlıq İdarəsinin başçısı Qaiyrbek Tursinbekov iyunun 13-də televiziyaya müsahibəsində deyib ki, mal-qara arasında tələfolmanın kəskin artmasına anaerob infeksiyaya qarşı vaksin qıtlığı səbəb olub. Bu dərmanlar əsasən Ukrayna və Rusiyadan gətirilir.

Atəş altında çalışan ukraynalı fermerlər
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

Cəmi 25 faizi peyvəndlənib

“Bu kənddə 3 min mal-qaranı peyvəndləmək planımız vardı. Ancaq cəmi 25 faizinə peyvənd vura bilmişik, çünki yetərincə peyvəndimiz yoxdur”, – deyən Tursinbekov əlavə edib ki, anaerob infeksiya və digər xəstəliklərlə mübarizə uçun vilayətə 350 min doza peyvənd lazımdır.

“Vaksin təchizatçılarımız Ukrayna və Rusiyadır. Xəstəliyin diaqnozu avadanlığı da Ukraynadan gəlir. Bu mövsüm planlaşdırdığımız vaksinasiya üçün yetərincə peyvənd əldə edə bilmədik”, – o vurğulayıb.

Aqşoqi kəndinin rəsmiləri sanitar nəzarəti gücləndirib, yerli baytar ekspertlərinin anaerob infeksiyadan tələf olduğunu müəyyənləşdirdiyi heyvanların yandırılması üçün yerlər ayırıb.

Tursinbekov onu da qeyd edib ki, infeksiyanın vilayətə və ölkəyə yayılmasının qarşısını almaqdan ötrü vaksin çatdırılması mümkün qədər tez bərpa olunmalıdır.

Fevralın sonunda Ukraynanı işğal etməyə başlayan Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib.

Qadın bədənini çəkən LGBT fəalına həbs cəzası istənildi

Yuliya Tsvetkova (ortada), anası Anna Xodıreva (sağda) və vəkili İrina Ruçko, aprel, 2021-ci il

Tsvetkovanın məhkəməsi ötən ilin aprelində, ilyarım çəkən istintaqdan sonra başlanıb

Sibirdə keçirilən məhkəmədə ittihamçı LGBT fəalı və rəssam Yuliya Tsvetkovaya üç il iki ay həbs cəzası tələb edib. Fəala qadın bədənini əks etdirən rəsmlərini internetdə yerləşdirdiyinə görə belə bir cəza istənilib.

29 yaşlı Tsvetkova sosial mediada “Vagina monoloqları” adlı səhifədə pornoqrafik material yerləşdirərək yaymaqda ittiham olunur. Səhifədə qadın cinsiyyət orqanının abstrakt təsvirləri yer alıb.

Rəssam LGBT məsələləri üzrə maarifləndirmə işiylə tanınıb.

Tsvetkovanın anası Anna Xodıreva Facebook-dayazıb ki, iyunun 14-də Komsomolsk-na-Amure şəhərində məhkəmədə ittihamçı uzunmüddətli həbs tələbiylə çıxış edib.

Tsvetkovanın məhkəməsi ötən ilin aprelində, ilyarım çəkən istintaqdan sonra başlanıb. İstintaq dövründə o, LGBT “propaqandası” yaymağa görə cərimələnib, ev dustağı edilib. Ötən ilin mayında fəal bu cinayət işinə qarşı aclıq aksiyasına başlayıb.

Uzanan məhkəmə prosesi qapalı keçirilib, çünki prokurorlar qadın bədəninin təsvirlərini dəlil kimi göstərməliydilər.

“Amnesty International” Tsvetkovaya qarşı cinayət işini siyasi repressiya “kafkasayağı absurdluq” adlandırıb.

Ermənistanda ağır təhqir dekriminallaşdırılır

Karen Andreasyan

İyulun 1-dən qüvvəyə minəcək yeni cinayət məcəlləsində ağır təhqirə görə məsuliyyət nəzərdə tutulmayacaq

Ermənistan hakimiyyəti ağır təhqirə görə cinayət məsuliyyətini ləğv edir. Bu haqda Ədliyyə naziri Karen Andreasyan ötən cümə günü Facebook səhifəsində məlumat yayıb.

İyulun 1-dən qüvvəyə minəcək yeni cinayət məcəlləsində ağır təhqirə görə məsuliyyət nəzərdə tutulmayacaq.

Andreasyanın sözlərinə görə, Baş nazir Nikol Paşinyanın iştirakıyla qurumlararası müzakirələrin nəticəsi olaraq bu hüquq pozuntusuna görə yalnız inzibati məsuliyyəti saxlamaq qərara alınıb. Kompensasiya olaraq cərimənin məbləği isə 3 milyon dram təşkil edəcək.

Azərbaycanla Ermənistan arasında sadələşdirilmiş rejim nəyi nəzərdə tutur?
Gözlə

No media source currently available

0:00 0:04:24 0:00

Nazir deyib ki, vaxtilə ağır təhqirə görə məsuliyyəti sərtləşdirməkdə məqsəd cəmiyyətin dərin qütbləşməsi fonunda ayrı-ayrı fərd və qrupların qəbuledilməz davranışını önləmək olub.

2021-ci ildə parlamentin spikeri Alen Simonyanın təşəbbüsü ilə qəbul edilmiş qanunda böhtan və təhqirə görə məsuliyyət ağırlaşdırılıb. Konstitusiya Məhkəməsi bu maddənin Konstitusiyaya uyğun olması haqda qərar verib. Amma yerli və beynəlxalq ekspertlər ağır təhqirə görə məsuliyyətin sərtləşdirilməsini sərt tənqid edirdi.

Almaniya Ukraynaya 'Leopard' tankları göndərilməsinə icazə verməyib

Almaniyanın istehsalı olan Leopard 2A4 tankı, Helsinki

Beynəlxlq medianın yazdığına görə, NATO ölkələri arasında Ukraynaya hücum silahları verməmək haqqında gizli razılaşma mövcuddur

Almaniya İspaniyanın Almaniya istehsalı olan Leopard 2A4 tanklarını Ukrayna Silahlı Qüvvələrinə təhvil vermək niyyətini bəyənməyib.

Bu barədə Almaniya mətbuatı mənbələrə istinadən məlumat yayıb. Əgər Berlin Madridin qərarı ilə razılaşsaydı, bu NATO ölkələrinin Ukraynaya Qərb istehsalı olan nisbətən müasir tankları verə biləcəkdi.

İspaniya 1990-cı illərdə istehsal olunmuş 40 Alman Leopard tankını Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyi planlaşdırırdı.

Məlumata görə, əslində qəbul edilmiş beynəlxalq qaydalara görə, İspanya bu məsələdə ilk olaraq qərarını tank istehsalçısı olan ölkə ilə - Almaniya ilə əlaqələndirməli idi.

Almaniyanın "Business Insider" nəşrinə görə, İspaniya hökuməti hətta planlarına və Almaniya kansleri Olaf Şolzun narahatlığına görə Almaniyadan üzr istəyib.

Əvvəllər İspaniya əksər NATO ölkələri kimi Ukraynanı yalnız yüngül silah və sursatla təmin edirdi. Artıq 500-ə yaxın ispan hərbçisi NATO-nun Latviyadakı bazasında İspaniyaya məxsus “Leopard” tanklarının təmiri, həmçinin Ukrayna tankistlərinə təlimlərin keçirilməsi nəzərdə tutulurdu.

Beynəlxalq mediası dəfələrlə yazıb ki, rəsmi açıqlamaların olmamasına baxmayaraq, NATO ölkələri arasında Ukraynaya ağır hücum silahları və Qərb istehsalı olan zirehli texnika göndərməməklə bağlı gizli razılaşma var.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Severodonetskidən ziddiyyətli xəbərlər gəlir

Ukraya

Həftələrdir Severodonetskdə Ukrayna və Rusiya silahlı qüvvələri arasında amansız döyüşlərin getdiyi bildirilir. Xəbər verilir ki, şəhər getdikcə dağıntılara çevrilir. Luqansk vilayəti hərbi qubernatoru Sergey Qayday iyunun 12-də Telegram-da yazıb ki, Lisiçansk ağır artilleriya bombardmanı altındadır və mülki əhalinin təxliyəsi davam edir.

O, Rusiya qoşunlarının şəhərin təxminən 90 faizinə nəzarət etdiyini deyir.

İyunun 11-də Severodonetskdə Azot-kimya zavodunda partlayış baş verib və axşama doğru yanğınlar başlayıb. Qayday yüzlərlə insanın zavodda sığındığını bildirir. Bu arada Rusiya silahlı qüvvələri Azot zavodunun mühasirəyə aldıqlarını və ukraynalı müdafiəçilərin orada tələyə düşdüyünü iddia ediblər.

Separatçıların Luqansk Xalq Respublikası adlandırdıqları qurumun rəsmisi Rodion Miroşnik Telegram-da "onlar üçün bütün qaçış yolları kəsilib" yazıb. İddiaları müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.

Sergey Qayday isə Ukrayna qoşunlarının Severodonetsk sənaye zonasına nəzarət etdiyini, Azot zavodu ərazisinin isə daim atəşə tutulduğunu bildirir. Ancaq o, “kimya zavodunun mühasirəyə alınması ilə bağlı məlumatları cəfəngiyyat adlandırır.

S.Qaydayın sözlərinə görə, Rusiya ordusu ötən sutka ərzində Severodonetskə gedən 3 körpüdən ikisini dağıdıb.

"Gecə ruslar rayon mərkəzinə aparan ikinci körpünü dağıtdılar, hazırda şəhərə gedən sonuncu üçüncü keçidi artilleriyadan kütləvi şəkildə atəşə tuturlar. Ruslar Severodonetski ilə ətraf əlaqəni kəsmək üçün bütün güclərini sərf edirlər. Növbəti iki-üç gün əhəmiyyətli olacaq. Biz başqa istiqamətlərdə, yəni rusların nəzarət altına almağa çalışdığı Lisiçansk-Baxmut magistralında hücumu istisna etmirik”, - Luqansk OVA-nın rəhbəri Sergey Qayday Telegram kanalında yazır.

Luqansk vilayət administrasiyasının səhər xəbərlərində qeyd olunur ki,Rubijnedə Ukrayna ordusu Rusiya tərəfdə vuruşan çeçenlərə məxsus komanda məntəqəsini dağıdıb. Məlumatda son günlər Kadievkadakı stadionda yerləşən "Vaqner" döyüşçülərinin və Severodonetskdəki Rusiya ordu komanda mərkəzlərinin dağıdıldığı bildirilir.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

İşğaldakı Berdyansk şəhərində partlayışlar olub

Ukrayna, Rusiyanın işğalı altında olan Berdyansk şəhəri -şəhərdə "Rusiya günü" ilə bağlı plakatlar, 6 iyun 2022

Ukraynanın Zaporojye vilayətinin cənubunda, Rusiya ordusunun nəzarətində olan Berdyansk şəhərində bazar günü səhər saatlarında bir neçə partlayış baş verib. Bu barədə hadisə şahidləri və bir sıra teleqram kanalları məlumat yayıb.

Verilən məlumatlara görə, ən azı 3 partlayış baş verib.

Zaporojye vilayətinin Rusiya tərəfindən təyin olunmuş qondarma administrasiyasının üzvü Vladimir Roqov şəhərdə terror aktının baş verdiyini bildirib. Amma bundan fərqli olaraq şəhər administrasiyasının teleqram kanalında partlayışların Berdyanskın transformator yarımstansiyasındakı qısaqapanma ilə bağlı olduğu qeyd olunub.

Nəticədə “transformatorlardan biri alışıb və sıradan çıxıb” və şəhərin bir hissəsi işıqsız qalıb. Məlumatı Rusiyanın TASS xəbər agentliyi yayıb. Ölən və yaralananlar barədə məlumat verilmir.

Berdyansk fevralın sonunda Rusiyanın nəzarətinə keçib.

İyunun 12-də qeyd olunan Rusiya Günü ilə bağlı şəhərdə təbriklər yazılmış reklam lövhələri asılıb.

Döyüşlər zamanı ciddi zədələnən Mariupolun baş meydanında Rusiya bayrağının asıldığı da bildirilir. Bundan əvvəl Zaporojye vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsinin bir sıra şəhərlərində partlayışlar barədə məlumat verilib. Enerqodardakı partlayışda yerli işğal administrasiyasının rəhbəri yaralanıb. Melitopolda da partlayışlar qeydə alınıb. Berdyanskdakı və Rusiyanın işğalı altında olan partlayışlara görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

2022-ci ilin Boris Nemtsov mükafatı yalnız ukraynalılara verilib

Ukraynanın prezidenti Volodimir Zelenski, Kiyev, 8 iyun 2022

2022-ci il Boris Nemtsov mükafatı Ukrayna prezidenti Vladimir Zelenskiyə verilib. Bu barədə bazar günü "Boris Nemtsov Azadlıq Fondu" məlumat yayıb.

Məlumatda vurğulanır ki, bu il fond mükafata yalnız Ukrayna nümayəndələrini təqdim etmək qərarına gəlib.

Onların arasında Kiyev meri Vitali Kliçko, “Okean Elzy” qrupunun rəhbəri Svyatoslav Vakarçuk, döyüş tibb könüllüləri birliyinin təsisçisi Yuliya Paevskaya (Taira), Ukrayna Prezidenti Aparatının müşaviri Oleksiy Aretoviç və başqalarının adı var.

Fondun təsisçilərinin və Şurasının reytinq səsverməsinin nəticələrinə görə, Ukrayna prezidenti qalib olub.

"Nemtsov Fondu Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü pisləyir. Boris Nemtsov özü də həmişə Ukrayna ilə müharibəyə qarşı çıxıb. 2014-cü ildə o, Moskvada bu müharibəyə qarşı çoxsaylı mitinqlər toplayıb. O, başa düşürdü ki, Putin Ukrayna ilə müharibəyə başlayıb və o, bu ölkənin Avropanın bir hissəsi olmasını istəmir. Ukraynaya tezliklə qələbə arzulayıram və bunu vətənpərvər mövqe hesab edirəm, çünki Ukraynanın qələbəsi avtoritar Putin rejiminin məğlubiyyətidir, bu humanizm dəyərlərinin qələbəsidir”, - deyə fondun həmtəsisçisi Janna Nemtsova bildirib.

Ötən illərdə yalnız Rusiya vətəndaşları - siyasətçilər Aleksey Navalnı və Lev Şlosberq, mülki fəallar Konstantin Kotov, Anastasiya Şevçenko, İldar Dadin və Nadejda Mityuşkina "demokratik dəyərlərin və insan hüquqlarının qorunmasında müstəsna cəsarətə görə" mükafatın laureatları olublar.

Krımın ilhaqını və Ukraynaya təcavüzü pisləyən rusiyalı müxalifət lideri Boris Nemtsov 2015-ci ilin fevralında Moskvada öldürülüb.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Moskva Avropa Məhkəməsinin martın 15-dən sonrakı qərarlarını icra etməyəcək...

Fransa, Strasburq, Avropa İnsan Hüquqları Məhkəməsinin binası, 11 sentyabr 2019

Rusiya Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 2022-ci il martın 15-dən sonra çıxardığı qərarları icra etməyəcək.

Beləki Rusiya prezidenti Vladimir Putin AİHM-in çıxardığı qərarların icra edilməməsi ilə bağlı Dövlət Dumasının bir müddət əvvəl qəbul etdiyi qanun layihəsini imzalayıb.

AİHM-in martın 15-dən əvvəl verdiyi qərarlarla bağlı cərimələri isə Moskva Rusiya hesablarına, həm də yalnız rublla ödəyəcək. Qanun layihəsi bu həftə təsdiqlənib.

Rusiya 1996-cı ildə Avropa Şurasına üzv olub. Fevralın sonunda təşkilat Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar ölkənin üzvlüyünü dayandırıb.

Bundan sonra Rusiya Xarici İşlər Nazirliyi Şuranın işində iştirak etməyəcəklərini açıqlayıb. Rusiya martın 16-da Avropa Şurasından çıxarılıb. (Rusiya özü qurumdan çıxdığını elan edib)

Rusiyanın keçmiş prezidenti və ölkənin Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın Avropa Şurasından çıxarılmasını “ölüm hökmü kimi bir sıra mühüm institutların bərpası üçün fürsət” adlandırıb. Hakimiyyət cinayət əməllərinə görə bu cəza tədbirini qadağan edən Avropa İnsan Hüquqları Konvensiyasını ləğv etmək niyyətindən danışıb.

Bu həftə xüsusilə AİHM Rusiya Yehovanın Şahidlərinin xeyrinə qərar çıxararaq, bu təşkilatın ekstremist kimi tanınmasını və onun ardıcıllarının cinayət təqibini insan hüquqlarının pozulması kimi tanıyıb.

Bir sıra hüquqşünas və hüquq müdafiəçiləri hesab edirlər ki, Avropa İnsan Haqları Konvensiyası Rusiyaya Avropa Şurasından çıxarıldıqdan sonra daha altı ay müddətində şamil olunur və buna görə də Rusiya AİHM-in sentyabrın ortalarına qədər çıxardığı qərarlara əməl etməlidir.

Rusiyanın Braynsk vilayətində hərbi hissə yanıb

Rusiya, Bryansk, neft bazasında yanğın, 25 aprel 2022

Bryansk sakinlərinin dediyinə görə, iyunun 11-i səhər saatlarında Klintsı şəhəri yaxınlığındakı hərbi obyektdə yanğın baş verib.

Bu barədə “Bryanskie novosti” saytı və “Podsluşano Klinsı ” teleqram kanalı xəbər verir. Onlar yanğın olan bu obyektin “hərbi hissə” olduğunu yazırlar.

Nə Fövqəladə Hallar Nazirliyindən, nə də Bryansk vilayətinin hakimiyyət orqanlarından bu məlumatın rəsmi təsdiqi olmayıb.

“Podsluşano Klinsı ” teleqram kanalında əvvəlcə dörd partlayışın olduğu yazılır. Daha sonra sayt yanğını əks etdirən foto, video və yanmış avadanlıqların fotolarını yayıb. Teleqram kanalı itkilərin olmadığını iddia edir.

Rusiyanın Ukrayna ilə həmsərhəd vilayətlərinin hakimiyyət orqanları mütəmadi olaraq ərazilərinin atəşə tutulması barədə məlumat verirlər.

Misal üçün martın 29-da Rusiyanın Belqorod vilayətinin Krasnıy Oktyabr kəndi yaxınlığındakı silah-sursat anbarında, aprelin 1-də isə Belqorodun özündə neft bazasında partlayışların baş verməsi ilə bağlı xəbərlər yayılıb.

Bundan başqa aprelin 21-də Tverdə Müdafiə Nazirliyinin elmi institutunun inzibati binasında yanğın olub.

Aprelin 25-də Bryanskda neft anbarında, aprelin 27-də isə Ukrayna ilə sərhəddən 30 km aralıda, Belqorod vilayətinin Staraya Nelidovka kəndindəki sursat anbarında yanğın olub.

Rusiya rəsmiləri baş verən yanğın və partlayışları şərh etmədiyi kimi Ukrayna tərəfi bu hadisələrin iştirakında israrlılıq göstərmir.

Bayden Zelenskini qınayır, Putini də günahlandırır

Bayden

Ukrayna prezidentinin sözçüsü isə deyir ki, əslində Rusiya təhlükəsi ilə bağlı eşidilməyən tərəf olubsa o, Ukrayna olub

"Zelenski də başqaları kimi yaxınlaşan işğalla bağlı xəbərdarlıqlara qulaq asmaq istəmədi". Bu sözləri Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden Demokratlar Partiyası üçün Los-Ancelesdə keçirilən ianə aksiyasında deyib.

Bayden deyib ki, Rusiyanın Ukraynaya hücumundan bir neçə həftə əvvəl, ölkə sərhədləri yaxınlığında işğalçı ordunun toplandığı bir vaxtda bu cür xəbərdarlıqlar edərkən çoxları bu məlumatların şişirdildiyini düşündüyünü.

"Mən bilirdim və bunu təsdiqləmək üçün məlumatlarımız var"-Bloomberg Baydendən sitat gətirir.

Prezident Zelenskinin mətbuat katibi Sergey Nikiforov deyib ki, Baydenin sözlərinə aydınlıq gətirilməsinə ehtiyac var. O, işğaldan əvvəlki dövrdə Ukrayna prezidenti ilə ABŞ prezidenti arasında üç-dörd telefon danışığı olduğunu və vəziyyətin təhlili ilə bağlı ətraflı fikir mübadiləsi aparıldığını bildirib.

O əlavə edib ki, Zelenski qoşunlarını çıxarmağa məcbur etmək üçün Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməyə çağırıb:

“Və burada artıq deyə bilərik ki, tərəfdaşlarımız bizi eşitmək istəmədilər”, - Nikiforov bildirib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və öz qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Bayden Putini ABŞ-dakı yüksək inflyasiyaya görə günahlandırır

ABŞ-da qaz, enerji və ərzaq məhsullarının qiymətlərində rekord artım Ukraynada müharibəyə başlayan Rusiya prezidenti Vladimir Putinin siyasətinin nəticəsidir.

ABŞ prezidentinin Ağ Evin saytında vətəndaşlara ünvanlanan müraciətində belə deyilir. Bayden Putini ABŞ-da son 40 ildə ən yüksək inflyasiyada səbəb olmaqda günahlandırır.

"Rusiya qoşunlarının Ukraynanı təhdid etməsindən sonra benzinin 1 qallonunun qiyməti 2 dollar (4,55 litr) artıb", - Bayden deyib.

Amerika prezidenti Konqresdən inflyasiya ilə mübarizə aparmağı tələb edib. ABŞ-da qiymət artımına səbəb olan əsas amil malların çatdırılma dəyərində müşahidə olunan bahalaşma ilə bağlıdır.

Bayden indi ABŞ-ın gələn il üçün rekord həcmdə neft hasil etmək yolunda olduğunu deyib. Ehtimal edilir ki, bu yanacağın qiymətinə təsir edəcək.

Avropa Komissiyasının prezidenti yenidən Ukraynada

Ursula fon der Leyen (sol), Volodymyr Zelenskyi, Kiyev, 12 oktyabr 2021

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen yenidən Kiyevə gedib. Komissiya prezidenti bu barədə iyunun 11-də özünün Twitter hesabında məlumat paylaşıb. O, məlumatın sonunda ukraynaca "Avropa sizinlədir"

Məlumata görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukrayna prezidenti Volodimir Zelenski ilə ölkənin bərpası və onun Avropa İttifaqına daxil olması perspektivlərini müzakirə edəcək.

İyunun 17-də komissiya Aİ üzvlərinə Ukraynaya bloka üzv olmaq üçün namizəd statusu verməyi tövsiyə edəcəyi gözlənilir. Bu barədə Bloomberg məlumat yayıb. Məlumatda qeyd olunur ki, bir şərtlə ki, ölkədə qanunun aliliyinə hörmətlə yanaşılması və korrupsiyaya qarşı fəal mübarizə aparılsın.

Bundan əvvəl Avropa Parlamenti Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edib.

Qərar 27 üzv dövlətin hamısı tərəfindən dəstəklənməlidir. Cavab müsbət olarsa, Ukrayna Aİ-nin bütün qaydalarına və standartlarına riayət etmək üçün bir sıra islahatlar aparmalı olacaq. Bu proses on ildən çox çəkə bilər.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və öz qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Müharibə başlayandan bəri 10 minə yaxın Ukrayna əsgərinin həlak olduğu bildirilir

Ukrayna, Donbass bölgəsi, Severodonetsk şəhəri,9 iyun 2022

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, onun hesablamalarına görə, müharibə başlayandan bəri 10 minə qədər ukraynalı əsgər həlak olub.

Ukraynanın TSN xəbər portalı bildirir ki, rusiyalı hüquq müdafiəçisi Mark Feyqinə müsahibə verən Aretoviç münaqişənin başlanğıcında gündə orta hesabla 100 Ukrayna hərbçisinin həlak olduğunu qeyd edib. Onun dediyinə görə, Rusiya ordusunda isə gündəlik itki orta hesabla 1000 nəfər olub.

Arrestoviçə görə, hazırda Rusiya ordusu gündə orta hesabla 200-300 hərbçi itirir.

Bundan əvvəl Ukrayna prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna hərbçilərinin itkilərinin gündə 100-200 nəfər arasında dəyişdiyini deyib.

Müharibə başlayandan bəri Ukraynada 287 uşaq həalk olub, 490 uşaq yaralanıb.

Bu barədə Ukrayna baş prokurorluğu məlumat yayıb. Amma məlumatda o da vurğulanır ki, işğal olunmuş və hazırda hərbi əməliyyatların getdiyi ərazilərdə dəqiq məlumatlar əldə etmək mümkün deyil.

Ukrayna şərqdəki şiddətli döyüşlər fonunda Qərbdən ağır silahlar istəməkdə davam edir

Ukrayna - Fransadan verilən "Sezar" özüyeriyən artilleriya qurğuları, iyun, 2022

Rusiya silahlı qüvvələri Ukraynanın şərqinə zərbələr endirdiyi ərəfədə Kiyev Qərb ölkələrindən silahların daha sürətli çatdırılmasını xahiş edir.

Ukrayna qoşunları “kifayət qədər ağır silahlar, müasir artilleriya olduğu müddətdə hücumu dayandırmaq üçün bacardıqları qədər hər şeyi edirlər – biz tərəfdaşlarımızdan istədiklərimizi yenə istəməkdə davam edirik”, – Ukrayna Prezidenti Volodimir Zelenski gecə videomüraciətində deyib.

Zelenski "çox çətin döyüşlərin" davam etdiyini, o cümlədən Moskvanın öz atəş gücünü Donbasın şərqində cəmləşdirdiyini deyib.

Syevyerodonetsk şəhəri Rusiyanın Ukraynanın şərqində irəliləyişinin mərkəzinə çevrilmiş kiçik şəhərdir. Hazırda bu ərazidə gedən döyüşlər əsasən artilleriya döyüşləridir. Ukrayna rəsmilərinin dediyinə görə, burada Kiyev ciddi şəkildə problemlərlə üzləşir.

Ukrayna Baş Kəşfiyyat İdarəsi Rusiyanın Donbass cəbhəsində artilleriya sahəsində 10 qat üstünlüyə sahib olduğunu bildirir.

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzi fevralın 24-də başlayıb. Moskva qonşu ölkəyə apardığı müharibəni "xüsusi əməliyyat" adlandırır. Bunun əksinə deyənlər isə cəzalandırılır.

Rusiyada dinc etiraz hüququ daha da məhdudlaşdırıla bilər

Moskvada etiraz aksiyası

“Xarici agent” adlandırılan qruplar, yaxud fərdlərin etiraz aksiyaları təşkil etməsi tamamilə qadağan edilir

Rusiyada bir qrup deputat vətəndaşların dinc nümayiş və etiraz hüquqlarını daha da məhdudlaşdırmağı nəzərdə tutan qanun layihəsi hazırlayıblar.

Kütləvi toplantılara əlavələri nəzərdə tutan layihə Dövlət Dumasında iyunun 9-da qeydiyyata alınıb. Layihədə rəsmi binalar və vacib infrastruktur, universitetlər, xəstəxanalar, dini və ziyarət məkanları yaxınlığında yürüşlər qadağan olunur. “Qadağa regionun tarixi, mədəni və digər obyektiv atributları ilə əsaslandırıldığı halda” da yürüşlərə icazə verilməyəcək.

“Xarici agent” adlandırılan qruplar, yaxud fərdlərin etiraz aksiyaları təşkil etməsi isə tamamilə qadağan edilir.

Koronavirus pandemiyası dövründə Rusiyada COVID-19 məhdudiyyətləri əsas gətirilərək etiraz aksiyalarına icazə verilməyib. Müxalif siyasətçi Aleksey Navalnının həbsinə etiraz aksiyalarının təşkilatçıları və iştirakçıları sanitar qaydaları pozmaqda ittiham olunub. Onların çoxuna şərti cəza, yaxud həbs kəsilib.

Bu qanun layihəsi hazırlananadək Moskvada və digər şəhərlərdə Rusiyanın Ukraynaya qarşı səbəbsiz işğalına qarşı etirazlar keçirilib.

Davamı

XS
SM
MD
LG