Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 15:15

XİN onu qara siyahıdan çıxardı


XİN
XİN

-

Pulitzer mükafatının qalibi, jurnalist, «National Geographic» jurnalının əməkdaşı, ABŞ vətəndaşı Paul Salopek Azərbaycan hökumətinə məktubla müraciət edərək, adının «Arzuolunmaz şəxslər siyahısı»ndan çıxarılmasını xahiş edib.

Bu barədə XİN-nin məlumatında deyilir.

Məktubda jurnalist Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmət etdiyini, işğal edilmiş ərazilərə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan getdiyini yazıb.

P.Salopek bu səfərin heç bir halda qondarma rejimin təşviqinə xidmət etmədiyini yazmaqla yanaşı, baş verənlərə görə Azərbaycan hökuməti və xalqından üzr istəyib.

P.Salopek-in bu müraciətindən sonra adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb. Onun qədim insanların hərəkət marşrutunun piyada səfərlə öyrənilməsinə xidmət edən «Out of Eden Walk» layihəsi çərçivəsində Azərbaycana səfərinə icazə verilib.

XS
SM
MD
LG