Keçid linkləri

2026, 10 Oktyabr, şənbə, Bakı vaxtı 10:18

Elektronika nəhəngləri Berlinə toplaşır

IFA-2015
IFA-2015

-

Sentyabrın 4-də Almaniyanın paytaxtı Berlin şəhərində IFA-2015 55-ci ümumdünya istehlak və elektronika texnikası sərgisinin rəsmi açılışı olacaq.

Sərgi çərçivəsində «Samsung», «LG», «Toshiba» və «Sony» şirkətlərinin bir sıra texnoloji yeniliklərinin nümayişi gözlənilir.

Ümumilikdə sərgidə dünyanın 1400-dən çox şirkətinin məhsulları və təklifləri nümayiş etdiriləcək.

Sərgiyə gələnlər intellektual elektronika sahəsinin texnoloji yenilikləri ilə tanış olacaqlar.

Müxtəlif ixtisaslaşmış sahələr üzrə rəngarəng konfrans, seminar və mühazirələrlə zəngin olacaq IFA-2015-də informasiya texnologiyaları sahəsinin bir sıra liderlərinin çıxışı nəzərdə tutulur.

This item is part of
​
XS
SM
MD
LG