Vice News jurnalının Türkiyədə həbs edilmiş iki müxbuiri azadlığa buraxılıb.
Müxbirlər Jake Hanrahan və Philip Pendlebury Türkiyənin Diyarbakır vilayətində çəkiliş apararkən həbs olunmuşdular.
Onlara qarşı terrorçularala əlaqə ittihamı irəli sürülmüşdü.
Jurnalistləri İD-ə və PKK-ya xidmətdə günahlandırırdılar.
Türkiyə məhkəməsi Britaniya jurnalistlərini azad etsə də, onların yerli tərcüməçisi həbsxanada saxlanıb.
Jurnalistlər bildiriblər ki, türkiyəli tərcüməçinin azad edilməsi üçün əllərindən gələni edəcəklər.