Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:11

Ukraynada 4 şübhəli saxlanıb


Foto arxiv

Ukraynanın təhlükəsizlik xidməti sentyabrın 3-də rusiyapərəst qeyri-hökumət təşkilatının 4 üzvünün həbs edildiyini bildirir.

Xidmətin məlumatına görə, onlar Kiyevdəki yaşayış binasının girəcəklərindən birində partlayış törətmək istəyirmişlər.

Məlumatlara görə, onlar təhlükəsizlik qüvvələrinə müqavimət göstərib və onlara əl qumbarası atıblar.

Təhlükəsizlik qüvvələrinin cavab atəşi nəticəsində onlardan biri ayağından yaralanıb.

Kiyev dəfələrlə bəyan edib ki, Rusiya ölkədə təxribatlar törətməklə ölkədə qeyri-sabitlik törətməyə cəhd göstərir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6500-dən çox adam ölüb.

XS
SM
MD
LG