Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyul, Cümə, Bakı vaxtı 19:47

MN: "Erməni ordusu 18 itki verib"


-

Azərbaycanın müdafiə nazirliyi bəzi yerli elektron KİV-lərdə Azərbaycan ordusunun itkilər verməsi barədə yaydığı məlumatlarn yalan və şaiyə olduğunu bildirib.

Bu barədə nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik bildirir ki, Ermənistanın maraqlarına xidmət edən bu cür xəbərlər, təmas xəttində erməni birləşmələrinin ciddi itkilər verdiyi bir vaxtda ortaya atılıb və Azərbaycanın hərbi uğurlarına kölgə salmaq məqsədi daşıyır.

Nazirliyin məlumatına görə qarşı tərəftəkcə avqustda 18 hərbçi itirib.

Müdafiə Nazirliyi cəbhə zonasında baş verən hadisələr barədə mütəmadi açıqlama verdiyini və bir daha bu cür xəbərlərin yayılmasına həssaslıqla yanaşmağı tövsiyə edir.

Bu arada Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan ordusunun Tavuş rayonunu atəşə tutması nəticəsində 2 əsgərinin yaralandığını və onların vəziyyətinin stabil olduğunu bildirib.

Bunlar Qor Gevorkyan və Arsrun Ovannisyandır.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG